Azərbaycan musiqi sənətinin tanınmış simalarından olan Adil Gəray 1919-cu il mayın 13-də Bakıda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, tarzən, pedaqoq, dirijor və bəstəkar kimi milli musiqimizin inkişafında mühüm rol oynayıb.
Sənətkar uzun illər ərzində həm ifaçı, həm də müəllim kimi fəaliyyət göstərərək Azərbaycan muğam və xalq musiqisinin təbliğinə böyük töhfə verib. Dirijor və bəstəkar kimi də uğurlu yaradıcılıq yolu keçən Adil Gəray musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Mədəniyyət sahəsindəki xidmətlərinə görə ona 1959-cu ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adı təqdim olunub.
Adil Gəray 1973-cü il dekabrın 13-də Bakıda vəfat edib. O, Azərbaycan musiqi tarixində dəyərli sənətkar kimi xatırlanır.

