Azərbaycanın görkəmli yazıçılarından və ictimai xadimlərindən biri olan Elçin İlyas oğlu Əfəndiyev 1943-cü il mayın 13-də Bakıda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, nasir, dramaturq, tənqidçi və ədəbiyyatşünas kimi Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb.
Elçin yaradıcılığı boyunca çoxsaylı roman, povest, hekayə və dramaturji əsərlərin müəllifi olub. Onun əsərləri Azərbaycan oxucuları ilə yanaşı, xarici ölkələrdə də maraqla qarşılanıb və müxtəlif dillərə tərcümə edilib. Ədəbiyyat sahəsindəki xidmətlərinə görə 1998-ci ildə ona “Azərbaycan Respublikasının xalq yazıçısı” fəxri adı verilib.
Elçin İlyas oğlu Əfəndiyev uzun illər dövlət idarəçiliyində də fəaliyyət göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb.
Görkəmli yazıçı və alim 2025-ci il avqustun 3-də vəfat edib. O, Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində mühüm şəxsiyyət kimi xatırlanır.

