Azərbaycanın tanınmış siyasətçilərindən biri olan Erkin Toğrul oğlu Qədirli 1972-ci il mayın 13-də Bakıda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, hüquqşünas və ictimai-siyasi xadim kimi ölkənin siyasi həyatında fəal iştirak edir.
Erkin Qədirli Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü kimi fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə hüquq və demokratiya sahəsində çıxışları və təşəbbüsləri ilə ictimaiyyətin diqqətini cəlb edib.
Erkin Toğrul oğlu Qədirli Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçilərək parlament fəaliyyətində iştirak edib. O, qanunvericilik və ictimai məsələlərlə bağlı mövqeyi ilə tanınan siyasətçilərdən biridir.

