Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olub.
“Tehsil365” xəbər verir ki, O, XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi klassik ədəbiyyat tarixində mühüm yer tutur.
Molla Vəli Vidadi yaradıcılığında əsasən həyatın çətinlikləri, insan taleyi, sevgi və ictimai mövzulara toxunub. Onun şeirləri səmimiyyəti, sadə dili və dərin fəlsəfi məzmunu ilə seçilib. Şair Azərbaycan aşıq və klassik poeziya ənənələrinin inkişafına böyük təsir göstərib.
Molla Vəli Vidadi 1809-cu ildə İkinci Şıxlı kəndində vəfat edib. O, Azərbaycan ədəbiyyatında zəngin poetik irsi ilə bu gün də ehtiramla yad olunur.

