Böyük Britaniyanın tanınmış ali təhsil müəssisələrindən biri olan University of Nottinghamndə minlərlə əməkdaş mümkün ixtisarlarla bağlı narahatlıqlarını ifadə edib.
“Tehsil365” xəbər verir ki, Universitetdə aparılması planlaşdırılan maliyyə və struktur dəyişikliklərinin işçi heyətinə ciddi təsir göstərə biləcəyi bildirilir.
Məlumata görə, universitet rəhbərliyi xərclərin azaldılması məqsədilə bir sıra islahatlar üzərində çalışır. Bu isə akademik və inzibati heyət arasında narazılıq yaradıb. Əməkdaşlar mümkün ixtisarların tədris keyfiyyətinə və elmi fəaliyyətə mənfi təsir göstərəcəyini düşünürlər.
Universitet işçiləri və həmkarlar ittifaqları rəhbərlikdən daha şəffaf qərarlar qəbul etməyi və əməkdaşların hüquqlarının qorunmasını tələb ediblər. Mövzu ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdirilməsi gözlənilir.

