“Vaxtdan düzgün istifadə etməyən şagirdlər dərslərində istədikləri nəticəni əldə etməkdə çətinlik çəkirlər.”
Bu sözləri "Tehsil365"ə açıqlamasında pedaqoq Validə Quliyeva deyib.
O bildirib ki, bir çox şagird gün ərzində vaxt bölgüsünü düzgün qura bilmədiyi üçün həm dərsə, həm də istirahətə kifayət qədər zaman ayıra bilmir. Onun sözlərinə görə, bu hal yorğunluq, diqqət dağınıqlığı və motivasiya azalmasına səbəb olur.
Pedaqoq qeyd edib ki, şagirdlər gündəlik plan qurmağa və prioritetləri düzgün müəyyən etməyə alışmalıdırlar. Bu vərdiş onların həm akademik nəticələrinə, həm də şəxsi inkişafına müsbət təsir göstərir.
Sonda vurğulanıb ki, vaxtın düzgün idarə olunması uğurun əsas amillərindən biridir.

