Azərbaycan Dillər Universitetində (ADU) Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun dəstəyi ilə həyata keçirilən “Koreya ədəbiyyatı üzrə bədii tərcümə seminarı” layihəsi çərçivəsində növbəti mühazirə olub.
“Tehsil365” xəbər verir ki, mühazirəni Sunqşil Universitetinin Koreyaşünaslıq İnstitutunun direktoru, Koreya dili və ədəbiyyatı departamentinin professoru Ça Bonq Cun keçirib. Tədbirdə ADU-nun Tərcümə fakültəsinin Koreya dili tərcümə ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Mühazirə zamanı Koreya ədəbiyyatı tarixinə qısa nəzər salınıb, Koreya ədəbiyyatının səciyyəvi xüsusiyyətləri və görkəmli nümayəndələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, müasir Koreya ədəbiyyatında müşahidə olunan aktual tendensiyalardan bəhs olunub.
Tədbirin sonunda tələbələr onları maraqlandıran sualları ünvanlayıb, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.

