Təhsil 365 - Logo Mobile

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

10213.05.2026 - 12:10
ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "Xəzər hövzəsi araşdırmaları" proqramı başa çatıb.

Universitetdən “Tehsil365” ə bildirilib ki, proqramın “Məzun günü”ndə Azərbaycana yeni təyin olunmuş 18 fərqli ölkəni təmsil edən 20 orta və yüksəkrütbəli xarici diplomata sertifikatlar təqdim olunub. İştirakçılar arasında Argentina, Braziliya, Belçika, Fransa, Almaniya, Qazaxıstan, Meksika, Pakistan, Türkiyə, Birləşmiş Krallıq, Ukrayna, Amerika Birləşmiş Ştatları kimi ölkələrin, eləcə də Avropa İttifaqının nümayəndələri yer alıb.

Proqramın əsas məqsədi xarici diplomatları regional yeniliklərlə yaxından tanış etmək, onların Xəzər regionu üzrə biliklərini dərinləşdirmək və Azərbaycanın zəngin tarixi, strateji siyasəti və inkişaf prioritetləri haqqında dolğun təsəvvür formalaşdırmaqdır.

Tədbirin açılış mərasimində ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov bu kursun universitetin İxtisasartırma Proqramları arasında “flaqman” layihə olduğunu vurğulayaraq, proqramın məzunu olan diplomatları təbrik edib və gələcəkdə bu səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

ADA Universitetinin prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva proqramın tarixi əhəmiyyətinə toxunaraq, bu il 15 illik yubileyini qeyd edən layihə çərçivəsində indiyədək 100-dən çox ölkədən 385 xarici diplomatın iştirak etdiyini diqqətə çatdırıb.

Həmçinin tədbirdə iştirak edən 10 xarici ölkə səfiri də diplomatları təbrik edərək, proqramın diplomatik əlaqələrin inkişafına verdiyi töhfəni qeyd ediblər.

Həftəboyu davam edən seminarlar və dəyirmi masa müzakirələri çərçivəsində diplomatlar ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin dekanı professor Azər Babayev, habelə universitetin professor-müəllim heyəti və ölkənin aparıcı rəsmi şəxsləri ilə interaktiv müzakirələr aparıblar. Məruzəçilər sırasında Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, iqtisadiyyat nazirinin müşaviri professor Taleh Ziyadov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri professor Fərid Şəfiyev və SOCAR-ın İqtisadi və enerji sektoru üzrə təhlil departamentinin direktoru Əhməd Hümbətov kimi ekspertlər yer alaraq diplomatların suallarını cavablandırıblar.

Proqram zamanı təqdim olunan Azərbaycanın iqtisadi transformasiyası və inkişaf strategiyası, Xəzər regionunun siyasi tarixi, eləcə də geosiyasi fraqmentasiya dövründə Azərbaycanın qlobal əlaqələrdə rolu, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin geri qayıdış prosesi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, 2026-cı il Cənubi Qafqazda sülh üçün həlledici il kimi mövzular iştirakçıların regionun siyasi və humanitar reallıqlarını daha dərindən dərk etmələrinə şərait yaradıb.

Akademik panellərlə yanaşı, proqramın praktiki hissəsində xarici diplomatlar Milli Məclisə gedərək deputatlarla regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Zəhra Əliyeva

Xəbər Lenti

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar13.05.2026 - 13:10
Kosmik hava proqnozu açıqlanıb13.05.2026 - 13:00
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Məclisi - Yüksəliş” tədbiri təşkil edilib13.05.2026 - 12:50
Şuşa şəhərinin semantikası - elmi seminar13.05.2026 - 12:40
ATMU ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb13.05.2026 - 12:25
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu13.05.2026 - 12:00
"Şagirdlərdə vaxtın düzgün idarə olunması problemi var"- AÇIQLAMA13.05.2026 - 09:56
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim başlayır13.05.2026 - 09:42
ADU-da “The Unconquered” əsərinin linqvokulturoloji təhlilinə həsr olunmuş kitab müzakirəsi keçirilib13.05.2026 - 09:31
ADU-da “Koreya ədəbiyyatı üzrə bədii tərcümə seminarı” çərçivəsində görüş keçirilib13.05.2026 - 09:23
"Meta" İtaliyada naşirlərə qarşı məhkəmədə uduzdu13.05.2026 - 09:11
ADU-da inklüziv təhsil mövzusunda pedaqoji-psixoloji təlim keçirilib13.05.2026 - 09:00
Qərbi Azərbaycan Mərkəzində Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib13.05.2026 - 08:47
Ermənistanın turizm regionları və dövlət siyasəti” mövzusunda ustad dərs keçirilib13.05.2026 - 08:32
Finlandiyalı fiziklərdən dünyanı dəyişə biləcək kəşf13.05.2026 - 08:20
ADA Universiteti Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına qoşuldu13.05.2026 - 08:08
İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır13.05.2026 - 07:57
ADU-da professor Ramiz Yunusla görüş keçirilib13.05.2026 - 07:46
Bu günə olan hava proqnozu 13.05.2026 - 07:35
ADU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şifahi tərcümə müsabiqəsi keçirilib13.05.2026 - 07:22
ADU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində iştirak ediblər 13.05.2026 - 07:13
European Union ilə United Kingdom arasında gənclərin mobilliyi müzakirələri gərginlik yaradır13.05.2026 - 07:00
ABŞ universitetində məzunlara sürpriz: natiq tələbələrin təhsil borcunu ödəyəcəyini açıqlayıb13.05.2026 - 06:36
University of Nottingham əməkdaşları ixtisar təhlükəsindən narahatdır13.05.2026 - 06:18
Eurovision Song Contest 2017 müsabiqəsində Azərbaycan 14-cü yeri tutub13.05.2026 - 06:00
Görkəmli bəstəkar Qara Əbülfəz oğlu Qarayev Azərbaycan musiqi tarixində silinməz iz qoyub13.05.2026 - 05:42
XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi: Molla Vəli Vidadi13.05.2026 - 05:18
Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyev qəhrəmanlığı ilə yadda qalıb13.05.2026 - 05:06
Deputat Erkin Toğrul oğlu Qədirli siyasi fəaliyyəti ilə diqqət mərkəzindədir13.05.2026 - 04:54
Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev Azərbaycan ədəbiyyatında dərin iz qoyub13.05.2026 - 04:36
Azərbaycan musiqisinin görkəmli nümayəndəsi: Adil Gəray13.05.2026 - 04:18
Azərbaycan səhnəsinin unudulmaz siması: Aliyə Ramazan qızı Terequlova13.05.2026 - 04:00
Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib12.05.2026 - 18:08
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56