Təhsil 365 - Logo Mobile

BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub

10413.05.2026 - 13:40
BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları və mühəndislik sahələri üzrə təhsil alan tələbələr üçün Elm və Təhsil Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən İxtisaslaşmış Akademik Tədris Proqramı ilə bağlı infosessiya təşkil olunub.

Bu barədə “Tehsil365” ə universitetdən məlumat verilib.

BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov çıxışında universitet-sənaye əməkdaşlığının mühəndis hazırlığında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, bu kimi proqramlar gənclərin müdafiə sənayesi sahəsində ixtisaslaşmasına və gələcək karyera imkanlarının genişlənməsinə töhfə verir.

Çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Osman Okur müdafiə sənayesinin yalnız texnoloji deyil, həm də insan resursları baxımından güclənməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə əsas məqsəd gənc mühəndislərin potensialını üzə çıxarmaq və onları real layihələr üzərində işləyən peşəkar kadrlara çevirməkdir. Müdafiə sənayesində kompüter, elektronika, kimya, çevrə mühəndislikləri və süni intellekt kimi sahələr üzrə ixtisaslı mütəxəssislərə böyük ehtiyac var.

Osman Okur tələbələrə müraciətlə bildirib ki, müdafiə sənayesində çalışmaq gələcəkdə öz imzasını vacib layihələrdə görmək istəyən gənclər üçün mühüm fürsətdir. Müdafiə sənayesində fəaliyyət göstərmək yalnız peşə deyil, həm də ölkəyə xidmət və qürur mənbəyidir. Müşavir tələbələri bu sahədə üzərlərinə məsuliyyət götürməyə, ölkənin texnoloji inkişafında iştirak etməyə və müdafiə sənayesinin bir parçasına çevrilməyə çağırıb.

Sonra Müdafiə Sənayesi Nazirliyinin Ekosistemin təşkili və tərəfdaşlarla iş şöbəsinin müdiri Aytən Sadıqova Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosistemi Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə İxtisaslaşmış Akademik Tədris Proqramına qəbul qaydaları barədə məlumat verib. Bildirilib ki, proqram strateji istiqamətlər və real layihələr əsasında tədrisin təşkili, nazirliyin yüksəksəviyyəli laboratoriyalarında praktiki hazırlıq mərhələlərini əhatə edir. İnfosessiya zamanı proqram üzrə qeydiyyat prosesi, akademik göstəricilərin qiymətləndirilməsi, test və müsahibə mərhələləri barədə də ətraflı informasiyalar təqdim olunub.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunun müşavirləri Elsevər İbadov və Qamət Kərimov çıxışlarında layihənin üstünlüklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, proqram iştirakçıları nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirmək imkanı qazanacaq, istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə sertifikat təqdim ediləcək və onlar müvafiq kadr bazasına daxil ediləcəklər. Çıxışlarda layihənin mühəndislik təhsili ilə sənaye arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR13.05.2026 - 19:56
Mingəçevir Dövlət Universitetində tədbir keçirilib13.05.2026 - 19:48
BMU-dan müdafiə sənayesi üçün yeni proqram13.05.2026 - 19:36
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq13.05.2026 - 19:28
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib13.05.2026 - 19:21
Məktəblimiz Avropa çempionu olub13.05.2026 - 19:15
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ13.05.2026 - 19:06
Süni intellekt təhsildə yeni böhran yaradıb13.05.2026 - 18:56
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi13.05.2026 - 18:48
Ali təhsildə maliyyə gərginliyi dərinləşir13.05.2026 - 18:36
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib13.05.2026 - 18:28
Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq13.05.2026 - 18:16
İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları13.05.2026 - 18:08
XVII UNEC Karyera və əmək yarmarkası13.05.2026 - 17:56
Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib13.05.2026 - 17:55
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi13.05.2026 - 17:48
"İlin gənc müəllimi - 2026" müsabiqəsi başlayır13.05.2026 - 17:45
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi13.05.2026 - 17:36
“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib13.05.2026 - 17:35
AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub13.05.2026 - 17:28
Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlərin nəzərinə!13.05.2026 - 17:25
Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb13.05.2026 - 17:16
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib13.05.2026 - 17:15
Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar13.05.2026 - 17:06
DİM mayın 17-də bu imtahanları keçirəcək13.05.2026 - 17:05
Gələn həftədən bu məktəblərdə dərslər distant keçiriləcək13.05.2026 - 17:00
Naxçıvanda 60 yaşdan yuxarı 8 müəllim sertifikasiyada yüksək nəticə göstərib13.05.2026 - 16:55
Magistraturaya qəbul imtahanında 23 mindən çox namizəd iştirak edəcək13.05.2026 - 16:45
Beynəlxalq Biologiya Olimpiadasına seçim imtahanı keçiriləcək13.05.2026 - 16:35
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək13.05.2026 - 16:25
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq13.05.2026 - 16:15
Türkiyədə selə görə məktəblərdə tədris dayandırılıb13.05.2026 - 16:05
Saatlı məktəblisi Avropa çempionu olub13.05.2026 - 16:00
3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib13.05.2026 - 15:50
RFM və Lütfi Zadə olimpiadasının yarımfinal nəticələri elan olundu13.05.2026 - 15:40
Məktəblilər Qərbi Azərbaycan abidələrinin maketini hazırlayacaqlar13.05.2026 - 15:30
ADNSU-da respublika elmi-praktiki konfrans keçirilib13.05.2026 - 15:20
ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub13.05.2026 - 15:10
Sağlam qidalanma haqqında insanların ən çox etdiyi səhvlər hansılardır? - Məhsəti Hüseynova13.05.2026 - 15:00
Ucar rayon təhsil sektoruna yeni müdir təyin olunub13.05.2026 - 15:00
ADPU professorunun kitabı Türkiyədə təqdim edilib13.05.2026 - 14:45
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir13.05.2026 - 14:30
“Qalibiyyət dastanı” kitabının təqdimatı olub13.05.2026 - 14:15
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb13.05.2026 - 13:55
Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib13.05.2026 - 13:25
BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar13.05.2026 - 13:10
Kosmik hava proqnozu açıqlanıb13.05.2026 - 13:00