Təhsil 365 - Logo Mobile

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

8413.05.2026 - 17:48
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları Azərbaycanın rəqəmsal transformasiya strategiyasının ən mühüm sütunlarından biri kimi beynəlxalq platformalarda da xüsusi maraq doğurur. Bu yanaşma xüsusilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kontekstində dayanıqlı urbanizasiya, innovativ şəhərsalma və postmünaqişə dövründə yenidənqurma üzrə qabaqcıl təcrübə kimi təqdim oluna bilər.

“Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri ənənəvi şəhərsalma modelindən fərqli olaraq yenidən planlaşdırılan rəqəmsal ekosistem prinsipi üzərində formalaşdırılır. Bu model enerji, nəqliyyat, kommunal xidmətlər, idarəetmə və sosial xidmətlərin vahid rəqəmsal platforma üzərindən inteqrasiyasını nəzərdə tutur. Beləliklə, şəhər və kəndlər yalnız fiziki olaraq deyil, həm də “ağıllı” texnologiyalar vasitəsilə bir-biri ilə əlaqəli və çevik idarəolunan ərazilərə çevrilir.

Bu təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə dayanıqlı şəhərlər və kəndlərin yaradılmasına dair qlobal çağırışlara uyğun olaraq həyata keçirilir. Məsələn, bərpaolunan enerji mənbələrinin geniş tətbiqi, “yaşıl enerji zonası” konsepsiyası, “ağıllı” suvarma sistemləri və rəqəmsal kənd təsərrüfatı həlləri regionun ekoloji tarazlığının qorunmasına xidmət edir. Eyni zamanda, “ağıllı” nəqliyyat və logistika həlləri ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirir.

Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda, Ağdam, Füzuli və Zəngilan şəhərlərində, eləcə də Laçın rayonunda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri regionun müasir urbanizasiya modelinə çevrilərək bu konsepsiyanın praktik tətbiqinin bariz nümunələrini nümayiş etdirir.

WUF13 çərçivəsində bu model postmünaqişə dövründə şəhər və kəndlərin yenidən qurulmasının innovativ nümunəsi kimi təqdim edilə bilər. Çünki burada əsas məqsəd yalnız infrastrukturun bərpası deyil, həm də gələcək nəsillər üçün dayanıqlı, təhlükəsiz və rəqəmsal cəmiyyətin qurulmasıdır. Bu yanaşma göstərir ki, Azərbaycan müasir texnologiyalar və yaşıl inkişaf prinsiplərini birləşdirərək regionda yeni urbanizasiya modelinin formalaşdırılmasına töhfə verir.

Beləliklə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları təkcə milli bərpa proqramı deyil, həm də qlobal şəhərsalma gündəliyinə töhfə verən innovativ inkişaf nümunəsi kimi çıxış edir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00