Təhsil 365 - Logo Mobile

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib

8813.05.2026 - 18:28
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib

Mayın 13-də Bakı İdman Sarayında V Uşaq Kitab Festivalının rəsmi açılış mərasimi keçirilib.

“Tehsil365" xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə baş tutan festival ölkənin və regionun bu formatda yeganə layihəsi hesab olunur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin təqdimatında “Odlar yurdu” rəqsi nümayiş olunub.

Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, uşaqların kitab və mütaliə ilə erkən yaşlardan yaxın münasibət qurması onların dünyagörüşünün formalaşmasına və gələcək inkişafına mühüm təsir göstərir. O, festivalın artıq ənənəyə çevrildiyini qeyd edərək layihənin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında uşaq ədəbiyyatının milli düşüncənin və mənəvi dəyərlərin formalaşmasında xüsusi rol oynadığını bildirib. O qeyd edib ki, uşaqların kitaba marağının artırılması gələcəkdə güclü və intellektual cəmiyyətin formalaşmasına xidmət edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların sağlam və maarifçi mühitdə yetişməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, kitab uşaqların şəxsiyyət kimi formalaşmasında, onların düşüncə və təxəyyülünün inkişafında mühüm vasitələrdən biridir.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək festivalın ölkədə oxu mədəniyyətinin təşviqinə xidmət etdiyini və uşaqların mədəni mühitə inteqrasiyasında mühüm rol oynadığını bildirib.

Millət vəkili, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova uşaq ədəbiyyatının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə həmçinin millət vəkili Ceyhun Məmmədov, festivala fəxri qonaq qismində qatılan Hans Kristian Andersen Mükafatı üzrə Münsiflər Heyətinin prezidenti Şirin Kreydieh, Simurq Liseyinin baş icraçı direktoru Tural Abbasquliyev və festivalın layihə rəhbəri, “Ağıllı Bala” nəşriyyatının direktoru, uşaq yazıçısı Fatimə Alxaz çıxış edərək festivalın əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, festivalın əsas məqsədi uşaqlarda mütaliəyə marağın artırılması, milli-mənəvi dəyərlərin təbliği və onların müxtəlif dünya mədəniyyətləri ilə tanış edilməsidir.

13–17 may tarixlərini əhatə edən festival çərçivəsində “Milli Geyimlər Günü”, “Peşələr Günü”, “Beynəlxalq Gün” və “Nağıl Qəhrəmanı Günü” adlı xüsusi tematik günlər təşkil olunacaq. Proqram çərçivəsində tanınmış uşaq yazıçıları ilə görüşlər, imza mərasimləri, yeni nəşrlərin təqdimatları, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək.

Festivalda ölkənin aparıcı nəşriyyat və kitab evləri də geniş şəkildə təmsil olunur. Belə ki, 40-dan çox nəşriyyat öz stendi ilə festival iştirakçılarına müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş uşaq ədəbiyyatı nümunələri, maarifləndirici nəşrlər, yeni kitablar və xüsusi təqdimatlar təqdim edir. Festival ziyarətçiləri stendlərdə müəlliflərlə görüşmək, nəşrlərlə yaxından tanış olmaq və xüsusi endirim kampaniyalarından yararlanmaq imkanı əldə edirlər.

Bununla yanaşı, uşaqların ifasında musiqi və rəqs nömrələri, səhnəciklər, nağıl saatları və müxtəlif əyləncəli proqramlar təqdim ediləcək.

Festival çərçivəsində indiyədək 70 min ədəd xüsusi hazırlanmış kitab daxılının çap edilərək uşaqlara hədiyyə olunduğu bildirilib. Bu təşəbbüsün ölkədə uşaq ədəbiyyatına marağın artırılmasına və uşaq nəşriyyatlarının inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Açılış mərasimi konsert proqramı ilə davam edib.

Qeyd edək ki, V Uşaq Kitab Festivalı Simurq Liseyinin baş sponsorluğu, DİV Kids, Bergdrink, Edudistans və Azərsüd şirkətlərinin sponsorluğu ilə keçirilir.


Nərmin Mustafayeva

Xəbər Lenti

Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00