ABŞ və bir sıra Avropa ölkələrində universitetlərdə süni intellektdən (AI) istifadə edilərək edilən akademik saxtakarlıq halları ciddi narahatlıq yaradıb.
“Tehsil365" xarici mediaya istinadən xəbər verir ki, son aylarda tələbələrin ChatGPT və oxşar AI alətlərindən istifadə edərək imtahan tapşırıqlarını və yazılı işləri hazırlaması “köçürmə” hallarını genişləndirib və bu vəziyyət ali təhsil müəssisələrində ədalətli qiymətləndirmə sistemini sual altına alıb.
Universitetlər problemi nəzarət altına almaq üçün imtahanları yenidən nəzarətli auditoriyalarda keçirməyə, şifahi imtahanların sayını artırmağa və AI ilə yazı aşkarlama proqramlarından istifadə etməyə başlayıblar, bəzi hallarda isə hətta ənənəvi kağız üzərində imtahanlara qayıdış müzakirə olunur.
Mütəxəssislər bildirirlər ki, süni intellekt təhsili asanlaşdırsa da, eyni zamanda tələbələrin real bilik səviyyəsini gizlədən “görünməz köçürmə” riskini artırır və bu da diplomların dəyərinə təsir göstərə bilər. Bu səbəbdən təhsil sisteminin yeni texnologiyalara uyğunlaşması və eyni zamanda akademik dürüstlüyü qoruması əsas çağırışlardan biri kimi qiymətləndirilir.

