Təhsil 365 - Logo Mobile

Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq

8913.05.2026 - 19:28
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq

Bugün Qərbi Azərbaycan İcmasının binasında QAİ-nin Qadınlar Şurası tərəfindən hazırlanmış “ŞƏHƏRSALMA və MEMARLIQ İLİ” çərçivəsində “Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə” adlı layihə-müsabiqənin təqdimat mərasimi keçirilib.

“Tehsil365" xəbər verir ki, layihənin rəhbəri QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı layihə çərçivəsində həyata keçiriləcək müsabiqə haqda məlumat verilib.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu Sərəncəm Azərbaycanın bütün bölgələrində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və infrastruktur layihələri, eləcə də işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı çərçivəsində şəhərsalma və memarlıq irsinin qorunması, tarixi abidələrin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində yeni təşəbbüslərin aktuallığını daha da artırır. Bu baxımdan, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) tarixin müztəlif mərhələlərində azərbaycanlıların yaratmış olduğu zəngin tarixi-mədəni və memarlıq irsi nümunələrinin gənc nəsil tərəfindən öyrənilməsi, təbliği və ictimai yaddaşda yaşadılması xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində möhtərəm Prezidentimiz cənab İlham Əliyev proqram xarakterli çıxışında Azərbaycanın tarixi torpaqları və əzəli yurd yerləri olan Qərbi Azərbaycan, eləcə də əsrlər boyu xalqımızın həmin ərazilərdə yaratdığı zəngin tarixi-mədəni irs haqqında gənc nəslin maarifləndirilməsinin xüsusi önəm daşıdığını vurğulamışdır. Dövlət başçısının həmin çıxışında səsləndirilən fikirlər bu gün Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərinin əsas ideoloji və mənəvi əsasını təşkil edir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının başlıca məqsədi Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq normaları çərçivəsində öz doğma yurdlarına qayıdış hüquqlarının təmin edilməsi və orada ki, tarixi və mədəni irsə sahib çıxmaqdır. Konsepsiya Azərbaycan xalqının əzəli torpaqlarında mövcud olmuş tarixi, mədəni və memarlıq irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması kimi çox mühüm məsələləri özündə ehtiva edir.

Həm ölkə daxilində, həm də ölkə xaricinfə fəaliyyətinin əsas istiqaməti sosial, humanitar-mədəni layihələr və beynəlxalq əlaqələr olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası tərəfindən bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Bu mənada növbəti “Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə” layihəsinin əsas məqsədi də 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasını nəzərə alaraq, məktəblilərin və gənclərin, eləcə də ictimaiyyət arasında Qərbi Azərbaycan və orada yerləşən tarixi abidələr haqqında biliklərin artırılmasına, tarixi-mədəni irsimizlə bağlı beynəlxalq ictimaiyyətdə rəyin formalaşdırılmasına və bu irsin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

Layihənin bölgələrdə keçiriləcək birinci mərhələsində QAİ-nın rayonlarda fəaliyyət göstərən nümayəndəlikləri də cəlb ediləcəkdir.

Layihə-müsabiqə Azərbaycan Respublikasının 13 bölgəsi üzrə ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqə eyni zamanda iştirakçılar arasında Qərbi Azərbaycanda yerləşən tarixi irs barədə məlumatlılığın artırılmasına, tarixi yaddaşın möhkəmləndirilməsinə, eyni zamanda gələcəkdə həmin abidələrin bərpası və təbliği istiqamətində yaradıcı və analitik düşüncə bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Layihə iki mərhələdən ibarət olacaqdır. Hər iki turun qiymətləndirilməsi müvafiq ixtisaslı tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən aparılacaqdıar. Birinci turun nəticələri bölgələr üzrə qiymətləndirildikdən sonra seçilmiş uğurlu işlər ikinci tur – final mərhələsinə təqdim ediləcəkdir.Layihənin final mərhələsi 2026-cı ilin dekabrında nəzərdə tutulub. Bu mərhələdə geniş ictimaiyyətin iştirakı ilə qalib işlərin təqdimatı və mükafatlandırılması mərasimi keçiriləcəkdir. Müsabiqənin gedişi və nəticələri barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumat veriləcəkdir.”

Millət vəkili Məlahət İbrahimqızı bu önəmli layihə-müsabiqənin həyata keçirilməsində əsas dəstəkçi və tərəfdaş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin olduğunu qeyd edərək, QAİ-sı adından Dövlət Agentliyinin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edib.


Nərmin Mustafayeva

Xəbər Lenti

Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00