Təhsil 365 - Logo Mobile

ADNSU-da respublika elmi-praktiki konfrans keçirilib

9613.05.2026 - 15:20
ADNSU-da respublika elmi-praktiki konfrans keçirilib

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Elmi İnnovasiyalar və Dayanıqlı Texnologiyalar” mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransının açılış mərasimi keçirilib. 

“Tehsil365“ xəbər verir ki,bu barədə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, konfransın açılış tədbirində universitet rəhbərliyi, professor-müəllim heyəti, gənc tədqiqatçılar və qonaqlar iştirak ediblər. Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov çıxışında konfransa təqdim olunan məruzələrin statistik göstəriciləri barədə ətraflı məlumat verib. O, konfransa 349 müraciətin daxil olduğunu, onlardan 281-nin qəbul edildiyini bildirib. O qeyd edib ki, müraciətlər 34 yerli və xarici ali təhsil və elmi müəssisədən daxil olub. Elviz İsmayılov həmçinin ən çox müraciətin informasiya texnologiyaları və avtomatlaşdırma, iqtisadiyyat və menecment bölmələri üzrə qeydə alındığını diqqətə çatdırıb.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında gənclərin elmi fəaliyyətə cəlb olunmasının və tədqiqat potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir, gənc tədqiqatçılar üçün müasir elmi mühitin formalaşdırılması və elmi infrastrukturun gücləndirilməsi məqsədilə mühüm addımlar atılır. Bu istiqamətdə yaxın zamanda universitetdə 18 yeni laboratoriyanın yaradılması nəzərdə tutulur.

Rektor həmçinin dayanıqlı texnologiyalar və elmi innovasiyaların tətbiqinin genişləndirilməsi, sənaye müəssisələri ilə əməkdaşlığın artırılması, doktorant və magistrantların elmi fəaliyyətə cəlb olunması, eləcə də ikili doktorantura və birgə tədqiqat layihələrinin inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. O qeyd edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi gənclərin elmə marağının artırılması və onlar üçün daha geniş elmi imkanların yaradılmasıdır.

Tədbirdə çıxış edən ADNSU-nun nəzdində Heydər Əliyev Məktəbinin direktoru, tələbə Sənan Hüseynov Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə və gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycan gənclərinin elmi potensialının formalaşmasında mühüm rol oynayır.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş olunub. 

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. 

Mehriban İbadova

Xəbər Lenti

Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR13.05.2026 - 19:56
Mingəçevir Dövlət Universitetində tədbir keçirilib13.05.2026 - 19:48
BMU-dan müdafiə sənayesi üçün yeni proqram13.05.2026 - 19:36
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq13.05.2026 - 19:28
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib13.05.2026 - 19:21
Məktəblimiz Avropa çempionu olub13.05.2026 - 19:15
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ13.05.2026 - 19:06
Süni intellekt təhsildə yeni böhran yaradıb13.05.2026 - 18:56
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi13.05.2026 - 18:48
Ali təhsildə maliyyə gərginliyi dərinləşir13.05.2026 - 18:36
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib13.05.2026 - 18:28
Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq13.05.2026 - 18:16
İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları13.05.2026 - 18:08
XVII UNEC Karyera və əmək yarmarkası13.05.2026 - 17:56
Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib13.05.2026 - 17:55
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi13.05.2026 - 17:48
"İlin gənc müəllimi - 2026" müsabiqəsi başlayır13.05.2026 - 17:45
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi13.05.2026 - 17:36
“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib13.05.2026 - 17:35
AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub13.05.2026 - 17:28
Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlərin nəzərinə!13.05.2026 - 17:25
Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb13.05.2026 - 17:16
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib13.05.2026 - 17:15
Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar13.05.2026 - 17:06
DİM mayın 17-də bu imtahanları keçirəcək13.05.2026 - 17:05
Gələn həftədən bu məktəblərdə dərslər distant keçiriləcək13.05.2026 - 17:00
Naxçıvanda 60 yaşdan yuxarı 8 müəllim sertifikasiyada yüksək nəticə göstərib13.05.2026 - 16:55
Magistraturaya qəbul imtahanında 23 mindən çox namizəd iştirak edəcək13.05.2026 - 16:45
Beynəlxalq Biologiya Olimpiadasına seçim imtahanı keçiriləcək13.05.2026 - 16:35
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək13.05.2026 - 16:25
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq13.05.2026 - 16:15
Türkiyədə selə görə məktəblərdə tədris dayandırılıb13.05.2026 - 16:05
Saatlı məktəblisi Avropa çempionu olub13.05.2026 - 16:00
3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib13.05.2026 - 15:50
RFM və Lütfi Zadə olimpiadasının yarımfinal nəticələri elan olundu13.05.2026 - 15:40
Məktəblilər Qərbi Azərbaycan abidələrinin maketini hazırlayacaqlar13.05.2026 - 15:30
ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub13.05.2026 - 15:10
Sağlam qidalanma haqqında insanların ən çox etdiyi səhvlər hansılardır? - Məhsəti Hüseynova13.05.2026 - 15:00
Ucar rayon təhsil sektoruna yeni müdir təyin olunub13.05.2026 - 15:00
ADPU professorunun kitabı Türkiyədə təqdim edilib13.05.2026 - 14:45
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir13.05.2026 - 14:30
“Qalibiyyət dastanı” kitabının təqdimatı olub13.05.2026 - 14:15
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb13.05.2026 - 13:55
BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub13.05.2026 - 13:40
Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib13.05.2026 - 13:25
BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar13.05.2026 - 13:10
Kosmik hava proqnozu açıqlanıb13.05.2026 - 13:00