Təhsil 365 - Logo Mobile

Məktəblilər Qərbi Azərbaycan abidələrinin maketini hazırlayacaqlar

10213.05.2026 - 15:30
Məktəblilər Qərbi Azərbaycan abidələrinin maketini hazırlayacaqlar

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” adlı layihə-müsabiqəyə start verilir.

“Tehsil365“ xəbər verir ki, bununla əlaqədar 13 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə və xalqımıza məxsus maddi-mədəni sərvətlərə sahib çıxmaqdır.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, milli yaddaşın yaşadılması, tarixi həqiqətlərin gənc nəslə çatdırılması bu istiqamətdə həyata keçirilən fəaliyyətin əsas məqsədlərindəndir. İcma sədri əlavə edib ki, belə layihələr məktəblilərin milli irsə marağının artırılması və onların tarixə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu layihənin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və məktəblilərin yaradıcılıq potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçiriləcək.Müsabiqənin şərtlərinə əsasən, şagirdlər komandalar şəklində iştirak edərək təqdim olunan siyahıdan seçdikləri Qərbi Azərbaycana aid tarixi abidələrin maketlərini hazırlayacaq, eyni zamanda həmin abidələr barədə araşdırmalarını təqdim edəcəklər.

Bildirilib ki, iştirakçılar iki mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Qiymətləndirmə zamanı maketlərin texniki işlənməsi, estetik görünüşü və yaradıcı yanaşma ilə yanaşı, şagirdlərin təqdim etdikləri tarixi abidələr haqqında bilikləri, memarlıq xüsusiyyətləri və tarixi-etnoqrafik məlumatları da nəzərə alınacaq.

Vurğulanıb ki, layihənin əsas xüsusiyyətlərindən biri məktəblilərin bu proses vasitəsilə həm memarlıq ənənələrimizi və tariximizi öyrənməsi, həm də öz yaradıcılıq bacarıqlarını nümayiş etdirməsidir.

Konfransda layihə-müsabiqənin təqdimatını edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, layihə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar hazırlanıb.
Onun sözlərinə görə, layihənin əsas məqsədi məktəblilər və gənclər arasında Qərbi Azərbaycan ərazisində mövcud olmuş zəngin tarixi-mədəni və memarlıq irsi haqqında biliklərin artırılması, tarixi yaddaşın qorunması və bu irsin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.

Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi və maddi abidələri qalıb və bu irs illərdir erməni vandalizminə məruz qalır. O bildirib ki, bu, təkcə Azərbaycan xalqının mədəni irsinə qarşı deyil, bütövlükdə dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir.

Deputat vurğulayıb ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və beynəlxalq şəhərsalma forumlarının keçirilməsi fonunda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası da bu istiqamətdə öz töhfəsini verməyi qarşısına məqsəd qoyub. O qeyd edib ki, “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsi çərçivəsində məktəblilər tərəfindən Qərbi Azərbaycana aid tarixi abidələrin müxtəlif maketləri hazırlanacaq və bu işlər müsabiqə formatında təqdim olunacaq.

Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlət başçısı gənc nəslin tarixi torpaqlarımız və milli-mədəni irsimiz barədə maarifləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri də gənclərdə tarixi yaddaşın möhkəmləndirilməsi və milli irsə bağlılığın artırılmasıdır.

Layihə rəhbəri dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təşəkkürünü bildirib və istedadlı məktəblilərin müsabiqədə fəal iştirak edəcəyinə inandığını deyib.
Qeyd olunub ki, layihənin yekununda Qərbi Azərbaycanın xəritəsi üzərində bölgələr üzrə həmin ərazilərə məxsus tarixi abidələri əks etdirən xüsusi maket kompozisiyası hazırlanacaq. Xəritədə Qərbi Azərbaycanın hər bölgəsinə aid özünəməxsus memarlıq və mədəni irs nümunələri nümayiş etdiriləcək.

“Şəhərsalma və Memarlıq İli” və Qərbi Azərbaycan irsinə həsr olunmuş paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu və Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov çıxış edərək tarixi-mədəni irsin qorunmasının vacibliyindən, gənclərin bu prosesdə fəal iştirakının əhəmiyyətindən danışıblar.

Çıxış edənlər sırasında Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Cəbi Bəhramov, eləcə də Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov da yer alıblar. Çıxışlarda Qərbi Azərbaycanın tarixi irsinin qorunması, beynəlxalq ictimaiyyətə çatdırılması, milli yaddaşın yaşadılması və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki layihə çərçivəsində Azərbaycan Respublikasının 13 bölgəsini əhatə edən ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında müsabiqə keçiriləcək. Birinci mərhələdə bölgələrdə fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri də prosesə cəlb olunacaq.

Müsabiqə iki mərhələdən ibarət olacaq. Hər iki mərhələdə təqdim olunan işlər tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Birinci turun nəticələrinə əsasən seçilən ən uğurlu işlər final mərhələsinə vəsiqə qazanacaq.
Layihənin final mərhələsinin 2026-cı ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur. Finalda qalib işlərin təqdimatı və mükafatlandırılması mərasimi təşkil olunacaq. Tədbirdə ictimaiyyət nümayəndələrinin, təhsil ictimaiyyətinin və media təmsilçilərinin iştirakı planlaşdırılır.

Layihə həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının məqsədlərinə uyğun olaraq, azərbaycanlıların əsrlər boyu yaşayıb yaratdıqları ərazilərdəki tarixi və memarlıq abidələrinin öyrənilməsi, qorunması və beynəlxalq ictimaiyyətə tanıdılmasına xidmət edir. Layihənin gedişi və nəticələri barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumat veriləcək. 

Mehriban İbadova

Xəbər Lenti

Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00