Təhsil 365 - Logo Mobile

3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib

11213.05.2026 - 15:50
3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşən Şimal-Qərb İllinoys Universitetində (“Northeastern İllinois University”) "Dialoqdan fəaliyyətə" (“From Dialogue to Action”) adlı 3-cü Amerika Azərbaycanlı Gənclər Forumu keçirilib.

“Tehsil365“ Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, iki gün davam edən forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Çikaqoda fəaliyyət göstərən Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı və Amerika Azərbaycanlı Təşkilatları Alyansının təşkilati dəstəyi ilə baş tutub. Foruma ABŞ-nin “Corc Vaşinqton”, “Cənubi Florida”, “İllinoys”, “Kolumbiya”,  “Con Hopkins”, “Pensilvaniya”,  “Nyu York”, “Urbana Şampeyn İllinoys”, “Corc Meyson”, “Boston” kimi təhsil ocaqlarından olmaqla ümumilikdə 23 ştatdan 52 universitetin tələbələri, gənclər, təlimçilər, Azərbaycan icmasının üzvləri, komitə əməkdaşları, Azərbaycanın ABŞ-dəki səfirliyinin təmsilçisi, Türkiyənin Çikaqodakı Baş konsulu və Pakistanın Çikaqodakı Baş konsulunun müavini qatılıb.

Amerika Azərbaycanlı Gənclər Federasiyasının İdarə heyətinin üzvü Fərid Axundov və Kolumbiya Universitetinin tələbəsi Elnarə Hüseynovanın moderatorluğu ilə keçirilən forumda Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Diasporla İş üzrə Dövlət  Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında diaspor sahəsində gənclərin rolundan, Azərbaycan dövlətinin gənclər siyasətinə verdiyi önəmdən bəhs edib və forumun işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin təmsilçisi Fatma Yolçuyeva, Türkiyə Respublikasının Çikaqoda Baş konsulu Tahir Bora Atatanır və Pakistanın Çikaqodakı Baş konsulunun müavini  Səid Əli (Saeed Ali)  forumun önəmini vurğulayıb, gənclərin təhsillə yanaşı, ictimai fəaliyyətdə iştirakının vacibliyini diqqətə çatdırıblar.

Tədbirin təşkilatçıları, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbərləri Fərid və Mehriban Məmmədovlar, Təşkilat Komitəsinin üzvü  Rəşid Əzimov və Amerika Azərbaycanlı Təşkilatları Alyansının İdarə Heyətinin üzvü Samir Novruzov gəncləri özünüinkişafla yanaşı milli birliyə səsləyib, onları hər zaman xaricdə öz şəxsiyyətləri ilə bərabər Azərbaycanı təmsil etdiklərini unutmamalarını xatırladıblar. 

Forumda, həmçinin Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “ElTV Production”ın hazırladığı Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Milli kimliyin qorunması və inkişafı strategiyası” (“Heydar Aliyev and Azerbaijani Culture: A Strategy for Preserving and Developing National Identity”) adlı filmin təqdimatı keçirilib.
Forum öz işini panel müzakirələrlə, təlim və təqdimatlarla davam etdirib.

“Təcrübə və baxışlar: Gənclər üçün strateji yanaşmalar və inkişaf perspektivləri” və “Gənclərin strateji qərarvermə yanaşmaları və effektiv fəaliyyət istiqamətləri” mövzularında keçirilən panellərdə ABŞ-də təhsil alan, eləcə də müxtəlif sahələrdə uğur qazanan gənclər və diaspor nümayəndələri qatılıb. Panel iclasında uğura aparan yolda qazanılan təcrübələr iştirakçılarla bölüşülüb. Tədbir fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edib.

Hökümə Kərimovanın “İntizam, təzyiq və baxış -öz həyatının baş qəhrəmanı olmaq” (“Discipline, Pressure & Vision-Becoming the Main Character of Your Life”) mövzusunda keçirdiyi təlim gənclər tərəfindən maraqla qarşılanıb.

ABŞ-nin Corc Meyson Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatının rəhbəri İlyas Vəliyev və Vaşinqton Universitetinin doktorantı Təhminə Mehtiyeva “Bizim şəbəkə” (“Bizim Circle”) adlı gənclər üçün vahid platforma təqdim ediblər. Bildirilib ki, platforma müxtəlif ştatlarda yaşayan gəncləri bir araya gətirməyi, onların bir-birinə daha yaxın olmasını təmin etməyi, həmçinin qarşılıqlı əlaqəni və məlumat mübadiləsinin əlçatanlığını hədəfləyir.

Forumda Kaliforniyada fəaliyyət göstərən “Stealth Startup”da (“ictimaiyyətə açıqlanmadan fəaliyyət göstərən startap”) Platforma və Təhlükəsizlik üzrə baş mühəndis və IT mütəxəssisi Şəhriyar Məmmədov gənclərə “Müasir dünyada süni intellekt”( “AI in the Modern World”) mövzusunda təqdimat keçirib.Təqdimat zamanı fəal olan iştirakçılar mükafatlandırılıb.

Bundan əlavə, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürovun və diaspor fəalı Ülvi Verdiyevin idarəçiliyi ilə breyn rinq keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyi yarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik və bacarıqlarını göstərib. Qalib komandaya hədiyyələr təqdim edilib.

Tədbirdə 2024 və 2025-ci illərdə keçirilən Amerika Azərbaycanlı Gənclər Forumlarından ibarət videoçarx, ABŞ-də gənclərin diaspor fəaliyyətinə dair təqdimat, eləcə də “Birlikdə”, “Tarix dərsi” videoçarxları nümayiş olunub.

Bədii hissədə gənclərin təqdimatında “Naz eləmə” rəqsi ifa olunub, milli musiqi alətlərində xalq musiqilərimiz səsləndirilib. Sonda “Yaşa mənim xalqım” mahnısı iştirakçılarla birlikdə ifa edilərək gənclərə unudulmaz anlar yaşadıb. Tədbir “Yallı” rəqsi ilə davam etdirilib.

Sonda iştirakçılara sertifikatlar verilib və xatirə fotosu çəkilib.

Məlumat üçün bildirək ki, 1-ci Amerika Azərbaycanlı Gənclər Forumu 2024-cü ildə Vaşinqtonda, 2-ci Amerika Azərbaycanlı Gənclər Forumu 2025-ci ildə Virciniyada keçirilib.

Mehriban İbadova

Xəbər Lenti

Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00