2026-2027-ci tədris ilində inklüziv təhsil təşkil ediləcək yeni ümumi təhsil müəssisələrinin siyahısı müəyyən edilib.
“Tehsil365“ xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil pilləsi üzrə inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb.
Əmrdə 24 yeni təhsil müəssisəsinin adı qeyd edilib.
Bununla yanaşı, əmrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə “İnklüziv təhsilin təşkili Qaydası”na uyğun olaraq, həmin təhsil müəssisələrində inklüziv təhsilin həyata keçirilməsini və xüsusi təhsil üzrə ixtisaslı kadrların cəlb olunmasını və loqopedik xidmətin təşkil edilməsini təmin etmək tapşırılıb.
Təhsil İnstitutu isə inklüziv siniflərdə şagirdlərin təlim-tərbiyəsinə cəlb olunmuş təhsilverənlərin xüsusi təhsil sahəsində kompetensiyalarının artırılması məqsədilə müvafiq fəaliyyətlər (təlimlər, mentorluq və s.) həyata keçirməlidir.

