Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdləri müəyyənləşdirmək üçün seçim imtahanı keçiriləcək.
“Tehsil365“ xəbər verir ki, imtahanda Respublika fənn olimpiadalarının qalibi olmuş 9–11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Seçim imtahanı 16 may 2026-cı il tarixində Təhsil Texnologiyaları Mərkəzində baş tutacaq.
İmtahan iki seansdan ibarət olacaq. Seanslar arasında fasilə veriləcək.
• I seans — saat 10:00
• II seans — saat 14:00
İmtahana mütləq şəxsiyyət vəsiqəsi ilə gəlmək lazımdır. İştirakçılar imtahana xətkeş və elmi kalkulyator gətirməlidirlər. İmtahanda spektrofotometriya metodu ilə bağlı tapşırıqlar olacaq, iştirakçılara tövsiyə edilir ki, bu metodu araşdırsınlar.

