Təhsil 365 - Logo Mobile

“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib

7214.05.2026 - 07:49
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti, Odlar Yurdu Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində "Bakı Şəhərsalma Həftəsi"ndə 2026-cı il mayın 11-də Dənizkənarı Milli Parkda “Xəzər İntellektual Gənclər Klubu” və "İsmayıllı İntellektual Oyunlar Klubu" ictimai birliklərinin “Xəzərin sahilində” adlı intellektual çempionatI keçirilib.

“Tehsil365” xəbər verir ki, çempionatın açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Məleykə Tağızadə tədbirə uğurlar arzulayıb, gəncləri WUF13-də fəal iştiraka səsləyib.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədri Azad Manaflı bildirib ki, layihənin məqsədi gənclər arasında intellektual oyunların inkişafını təşviq etmək, şəhərsalma və memarlıq sahəsində iştirakçıları maarifləndirməkdir. 5 mərhələdən ibarət olan çempionatda şəhərsalma tarixi, memarlıq nümunələri, Azərbaycanın mədəni irsi, eləcə də beynəlxalq təcrübə ilə bağlı suallar təqdim olunub. Komandaların adları simvolik olaraq, Azərbaycanın 12 şəhərinin adını daşıyıb.

Yarış həm iştirakçılar, həm də şəhər sakinləri tərəfindən xüsusi maraqla qarşılanıb. Tədbir daha sonra musiqi proqramı ilə yekunlaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatın yekununda “Quba” komandası I yerə layiq görülüb. II və III yerləri isə müvafiq olaraq “Bakı” və “Naxçıvan” komandaları qazanıblar. Qalib komandalara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, qalib komandalara diplomlar və Odlar Yurdu Universiteti tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Zeynəb Quluyeva

Xəbər Lenti

BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda V Respublika elmi konfransı 14.05.2026 - 09:23
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu14.05.2026 - 09:12
NDU-da İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib14.05.2026 - 09:00
BDU-da WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib14.05.2026 - 08:48
BDU-da Respublika elmi konfransı: “Şərq filologiyası məsələləri”14.05.2026 - 08:35
ADU-da professor Ramiz Yunusla ikinci görüş14.05.2026 - 08:24
ADU-da “Bir ağac, bir gələcək” aksiyası keçirilib14.05.2026 - 08:12
Psixoloq: Davamlı yorğunluq və stress emosional tükənməyə səbəb ola bilər14.05.2026 - 08:00
"Postkolonial ədəbiyyatda qadın kimliyi” mövzusunda elmi seminar keçirilib14.05.2026 - 07:34
ADU tələbələri Memorial Soyqırımı Muzeyində ekskursiyada olublar14.05.2026 - 07:22
Bu günə olan hava proqnozu 14.05.2026 - 07:12
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR13.05.2026 - 19:56
Mingəçevir Dövlət Universitetində tədbir keçirilib13.05.2026 - 19:48
BMU-dan müdafiə sənayesi üçün yeni proqram13.05.2026 - 19:36
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq13.05.2026 - 19:28
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib13.05.2026 - 19:21
Məktəblimiz Avropa çempionu olub13.05.2026 - 19:15
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ13.05.2026 - 19:06
Süni intellekt təhsildə yeni böhran yaradıb13.05.2026 - 18:56
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi13.05.2026 - 18:48
Ali təhsildə maliyyə gərginliyi dərinləşir13.05.2026 - 18:36
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib13.05.2026 - 18:28
Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq13.05.2026 - 18:16
İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları13.05.2026 - 18:08
XVII UNEC Karyera və əmək yarmarkası13.05.2026 - 17:56
Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib13.05.2026 - 17:55
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi13.05.2026 - 17:48
"İlin gənc müəllimi - 2026" müsabiqəsi başlayır13.05.2026 - 17:45
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi13.05.2026 - 17:36
“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib13.05.2026 - 17:35
AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub13.05.2026 - 17:28
Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlərin nəzərinə!13.05.2026 - 17:25
Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb13.05.2026 - 17:16
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib13.05.2026 - 17:15
Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar13.05.2026 - 17:06
DİM mayın 17-də bu imtahanları keçirəcək13.05.2026 - 17:05
Gələn həftədən bu məktəblərdə dərslər distant keçiriləcək13.05.2026 - 17:00
Naxçıvanda 60 yaşdan yuxarı 8 müəllim sertifikasiyada yüksək nəticə göstərib13.05.2026 - 16:55
Magistraturaya qəbul imtahanında 23 mindən çox namizəd iştirak edəcək13.05.2026 - 16:45
Beynəlxalq Biologiya Olimpiadasına seçim imtahanı keçiriləcək13.05.2026 - 16:35
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək13.05.2026 - 16:25
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq13.05.2026 - 16:15
Türkiyədə selə görə məktəblərdə tədris dayandırılıb13.05.2026 - 16:05
Saatlı məktəblisi Avropa çempionu olub13.05.2026 - 16:00
3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib13.05.2026 - 15:50
RFM və Lütfi Zadə olimpiadasının yarımfinal nəticələri elan olundu13.05.2026 - 15:40
Məktəblilər Qərbi Azərbaycan abidələrinin maketini hazırlayacaqlar13.05.2026 - 15:30