Mayın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin leksikologiyası kafedrasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planına əsasən kafedranın baş müəllimi, f.f.d. Xəyalə Əliyevanın rəhbərliyi ilə 215, 216 və 217-ci qrupların tələbələrinin iştirakı ilə “Torpaq ekosisteminin mühafizəsi” və “Bir ağac, bir gələcək” adlı aksiya keçirilib.
“Tehsil365” xəbər verir ki, aksiyada İngilis və Alman dilləri fakültəsinin dekanı dos. Naibə Camalzadə, İngilis və Fransız dilləri fakültəsinin dekanı dos. Vəfa Babayeva, İngilis dilinin leksikologiyası kafedrasının müdiri dos. Mehriban Hüseynova, f.f.d. Nigar Bəşirova, f.f.d. Nigar Bağırova, eləcə də Tədris və Metodologiya Mərkəzinin müdiri Mülayim Bağırova iştirak ediblər.
Aksiya çərçivəsində universitetin həyətində müxtəlif rəngli çobanyastığı gülləri və çeşidli kollar əkilib.

