Təhsil 365 - Logo Mobile

BDU-da WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

7414.05.2026 - 08:48
BDU-da WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 13-də Bakı Dövlət Universitetində (BDU) WUF13-ə həsr olunmuş maarifləndirmə sessiyası keçirilib. Tədbirdə Universitetin müəllim heyəti, BDU və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 400-ə yaxın tələbəsi iştirak edib.

“Tehsil365” xəbər verir ki, tədbirdə BDU-nun prorektoru Əliş Ağamirzəyev Universitet tələbələrinin daim ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiklərini bildirib. O, BDU tələbələrinin ölkə və dünya üçün vacib olan WUF13 tədbirində də könüllü kimi iştirak edəcəklərini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik, mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verib. O, Universitetin müəllim və tələbələrini Foruma dəvət edərək tədbirin proqramının artıq açıqlandığını bildirib. Qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.

WUF13 Festivalı Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”nin yaxınlığında keçirilən ictimai proqramla davam edir.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Zeynəb Quluyeva

Xəbər Lenti

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində14.05.2026 - 09:54
Süni intellekt və Azərbaycanın resurs potensialı: elmi-praktiki konfrans keçirilib14.05.2026 - 09:38
BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda V Respublika elmi konfransı 14.05.2026 - 09:23
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu14.05.2026 - 09:12
NDU-da İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib14.05.2026 - 09:00
BDU-da Respublika elmi konfransı: “Şərq filologiyası məsələləri”14.05.2026 - 08:35
ADU-da professor Ramiz Yunusla ikinci görüş14.05.2026 - 08:24
ADU-da “Bir ağac, bir gələcək” aksiyası keçirilib14.05.2026 - 08:12
Psixoloq: Davamlı yorğunluq və stress emosional tükənməyə səbəb ola bilər14.05.2026 - 08:00
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib14.05.2026 - 07:49
"Postkolonial ədəbiyyatda qadın kimliyi” mövzusunda elmi seminar keçirilib14.05.2026 - 07:34
ADU tələbələri Memorial Soyqırımı Muzeyində ekskursiyada olublar14.05.2026 - 07:22
Bu günə olan hava proqnozu 14.05.2026 - 07:12
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR13.05.2026 - 19:56
Mingəçevir Dövlət Universitetində tədbir keçirilib13.05.2026 - 19:48
BMU-dan müdafiə sənayesi üçün yeni proqram13.05.2026 - 19:36
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq13.05.2026 - 19:28
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib13.05.2026 - 19:21
Məktəblimiz Avropa çempionu olub13.05.2026 - 19:15
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ13.05.2026 - 19:06
Süni intellekt təhsildə yeni böhran yaradıb13.05.2026 - 18:56
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi13.05.2026 - 18:48
Ali təhsildə maliyyə gərginliyi dərinləşir13.05.2026 - 18:36
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib13.05.2026 - 18:28
Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq13.05.2026 - 18:16
İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları13.05.2026 - 18:08
XVII UNEC Karyera və əmək yarmarkası13.05.2026 - 17:56
Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib13.05.2026 - 17:55
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi13.05.2026 - 17:48
"İlin gənc müəllimi - 2026" müsabiqəsi başlayır13.05.2026 - 17:45
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi13.05.2026 - 17:36
“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib13.05.2026 - 17:35
AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub13.05.2026 - 17:28
Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlərin nəzərinə!13.05.2026 - 17:25
Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb13.05.2026 - 17:16
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib13.05.2026 - 17:15
Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar13.05.2026 - 17:06
DİM mayın 17-də bu imtahanları keçirəcək13.05.2026 - 17:05
Gələn həftədən bu məktəblərdə dərslər distant keçiriləcək13.05.2026 - 17:00
Naxçıvanda 60 yaşdan yuxarı 8 müəllim sertifikasiyada yüksək nəticə göstərib13.05.2026 - 16:55
Magistraturaya qəbul imtahanında 23 mindən çox namizəd iştirak edəcək13.05.2026 - 16:45
Beynəlxalq Biologiya Olimpiadasına seçim imtahanı keçiriləcək13.05.2026 - 16:35
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək13.05.2026 - 16:25
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq13.05.2026 - 16:15
Türkiyədə selə görə məktəblərdə tədris dayandırılıb13.05.2026 - 16:05
Saatlı məktəblisi Avropa çempionu olub13.05.2026 - 16:00
3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib13.05.2026 - 15:50