Təhsil 365 - Logo Mobile

Süni intellekt və Azərbaycanın resurs potensialı: elmi-praktiki konfrans keçirilib

7514.05.2026 - 09:38
Süni intellekt və Azərbaycanın resurs potensialı: elmi-praktiki konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Süni intellektin Azərbaycanın resurs potensialının tədqiqi imkanları” adlı elmi-praktiki konfrans keçirilib

“Tehsil365 xəbər verir ki, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi süni intellekt texnologiyalarının müasir dövrdə iqtisadiyyat, təhsil, turizm, enerji siyasəti və dayanıqlı inkişaf sahələrində tətbiqi imkanlarını müzakirə etmək, eyni zamanda Azərbaycanın resurs potensialının araşdırılmasında innovativ yanaşmaları elmi müstəvidə qiymətləndirmək olub. Tədbir açılış nitqi ilə Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdiri, professor Elşad Məmmədov tərəfindən açılıb. Daha sonra “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, professor Əli Əlirzayev, i.f.d., Əfqan Musayev çıxış edərək müasir rəqəmsal transformasiya proseslərinin ali təhsildə və iqtisadi sistemdə rolunu vurğulayıb.

Konfrans çərçivəsində həm yerli, həm də xarici tələbələr və magistrantlar tərəfindən müxtəlif mövzularda elmi məruzələr təqdim olunub. Çıxışlarda süni intellektin təhsildə tətbiqi, resursların idarə olunması, yaşıl iqtisadiyyat, beynəlxalq ticarət münasibətləri, turizm sektorunda rəqəmsallaşma və gələcəyin peşələri kimi aktual istiqamətlər geniş şəkildə müzakirə edilib.

Məruzəçilər arasında Heydərov Səxavət “Süni intellektin təhsildə rolu”, Babayev Fariz “Süni intellekt və Azərbaycanın resurs potensialının tətbiq imkanları”, Vəliyev Tural “Yaşıl iqtisadiyyatın ölkənin enerji siyasətinə təsiri”, Məmmədova Səkinəxanım “Azərbaycanda süni intellektin inkişafı”, Veyisli Zeynəb isə “Süni intellektin turizm sektorunda resurs potensialının araşdırılması imkanları” mövzularında çıxış ediblər.

Eyni zamanda konfransda beynəlxalq iştirak da qeydə alınıb. Pakistanlı tələbə Sheraz Indryas “Opportunities of Artificial Intelligence to Study the Human Resource Potential of Azerbaijan” mövzusunda məruzə ilə çıxış edərək süni intellektin insan resurslarının təhlilində əhəmiyyətini diqqətə çatdırıb. Çıxışlarda həmçinin süni intellektin iqtisadi proseslərə təsiri, yeni resursların aşkarlanması, rəqəmsal iqtisadiyyat, yaradıcılıq və insan əməyinin gələcəyi kimi mühüm məsələlərə toxunulub. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Konfrans elmi diskussiyalar və qarşılıqlı müzakirələrlə davam edib, sonda isə süni intellekt texnologiyalarının ölkənin strateji inkişafında rolunun daha da artırılması istiqamətində tövsiyələr səsləndirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində14.05.2026 - 09:54
BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda V Respublika elmi konfransı 14.05.2026 - 09:23
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu14.05.2026 - 09:12
NDU-da İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib14.05.2026 - 09:00
BDU-da WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib14.05.2026 - 08:48
BDU-da Respublika elmi konfransı: “Şərq filologiyası məsələləri”14.05.2026 - 08:35
ADU-da professor Ramiz Yunusla ikinci görüş14.05.2026 - 08:24
ADU-da “Bir ağac, bir gələcək” aksiyası keçirilib14.05.2026 - 08:12
Psixoloq: Davamlı yorğunluq və stress emosional tükənməyə səbəb ola bilər14.05.2026 - 08:00
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib14.05.2026 - 07:49
"Postkolonial ədəbiyyatda qadın kimliyi” mövzusunda elmi seminar keçirilib14.05.2026 - 07:34
ADU tələbələri Memorial Soyqırımı Muzeyində ekskursiyada olublar14.05.2026 - 07:22
Bu günə olan hava proqnozu 14.05.2026 - 07:12
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR13.05.2026 - 19:56
Mingəçevir Dövlət Universitetində tədbir keçirilib13.05.2026 - 19:48
BMU-dan müdafiə sənayesi üçün yeni proqram13.05.2026 - 19:36
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq13.05.2026 - 19:28
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib13.05.2026 - 19:21
Məktəblimiz Avropa çempionu olub13.05.2026 - 19:15
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ13.05.2026 - 19:06
Süni intellekt təhsildə yeni böhran yaradıb13.05.2026 - 18:56
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi13.05.2026 - 18:48
Ali təhsildə maliyyə gərginliyi dərinləşir13.05.2026 - 18:36
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib13.05.2026 - 18:28
Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq13.05.2026 - 18:16
İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları13.05.2026 - 18:08
XVII UNEC Karyera və əmək yarmarkası13.05.2026 - 17:56
Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib13.05.2026 - 17:55
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi13.05.2026 - 17:48
"İlin gənc müəllimi - 2026" müsabiqəsi başlayır13.05.2026 - 17:45
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi13.05.2026 - 17:36
“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib13.05.2026 - 17:35
AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub13.05.2026 - 17:28
Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlərin nəzərinə!13.05.2026 - 17:25
Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb13.05.2026 - 17:16
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib13.05.2026 - 17:15
Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar13.05.2026 - 17:06
DİM mayın 17-də bu imtahanları keçirəcək13.05.2026 - 17:05
Gələn həftədən bu məktəblərdə dərslər distant keçiriləcək13.05.2026 - 17:00
Naxçıvanda 60 yaşdan yuxarı 8 müəllim sertifikasiyada yüksək nəticə göstərib13.05.2026 - 16:55
Magistraturaya qəbul imtahanında 23 mindən çox namizəd iştirak edəcək13.05.2026 - 16:45
Beynəlxalq Biologiya Olimpiadasına seçim imtahanı keçiriləcək13.05.2026 - 16:35
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək13.05.2026 - 16:25
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq13.05.2026 - 16:15
Türkiyədə selə görə məktəblərdə tədris dayandırılıb13.05.2026 - 16:05
Saatlı məktəblisi Avropa çempionu olub13.05.2026 - 16:00
3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib13.05.2026 - 15:50