Təhsil 365 - Logo Mobile

“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir

10214.05.2026 - 14:30
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

BŞTİ-dən “Tehsil365” ə bildirilib ki, 261 nömrəli məktəb-liseydə keçirilən görüşdə qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, dəhlizlərdə nümayiş etdirilən STEAM dərsləri çərçivəsində ərsəyə gətirilmiş innovativ layihələrə baxış keçiriblər.

Məktəb-liseyin direktoru Könül Məmmədli görüşün məqsədi barədə ətraflı məlumat verib, bu cür açıq dialoq və qarşılıqlı əməkdaşlıq platformalarının təhsil mühitinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Direktor daha sonra təhsil ocağının fəaliyyətinə dair təqdimatla çıxış edib, gələcək hədəflər və inkişaf istiqamətləri barədə məlumat verib.

Milli Məclisin deputatı Zahid Oruc belə platformaların yalnız fikir mübadiləsi üçün deyil, həm də məktəb mühitinin real ehtiyaclarının daha aydın şəkildə ortaya çıxması baxımından əhəmiyyətindən bəhs edib. Müəllim nüfuzunun qorunmasının vacibliyindən danışan deputat vurğulayıb ki, cəmiyyətin müəllimə verdiyi dəyər gələcəyin necə formalaşacağını müəyyən edən əsas amillərdəndir.

Deputat Vüqar Rəhimzadə çıxışında məktəblə icma arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin təhsilin daha dayanıqlı inkişafına şərait yaratdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq məktəb mühitinin cəmiyyətlə daha sıx inteqrasiyasına və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, media təhsilin inkişaf prosesində yalnız müşahidəçi deyil, eyni zamanda onun yanında olan vacib tərəfdaş kimi çıxış etməlidir. H.Heydərli informasiya məkanında məktəbin və müəllimin nüfuzunun qorunmasını, daim ön planda saxlanılmasını cəmiyyətin təhsilə münasibətinin formalaşmasında mühüm rol kimi dəyərləndirib.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəb-icma əlaqələrinin gücləndirilməsi təhsil mühitinin daha sağlam və dayanıqlı inkişafına xidmət edir və bu əlaqələrin geniş olduğu məktəb modeli tədris prosesinə marağı artırır, həmçinin məktəbin sosial mühitdə rolunu daha görünən edir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıblar. Çıxışlarda ailə, məktəb və ictimai mühit arasında sağlam əlaqələrin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Zəhra Əliyeva

Xəbər Lenti

İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45
Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb14.05.2026 - 14:15
AYISƏSİNİN TƏBİƏTİ14.05.2026 - 14:05
ADU-da Çin Turizm Günü qeyd olunub14.05.2026 - 13:40
GDU-da kitab sərgisi açılıb14.05.2026 - 13:25
Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi - təlim14.05.2026 - 13:10
BDU-nun Jurnalistika fakültəsində “Tələbə tribunası” layihəsinin təqdimatı olub14.05.2026 - 13:00
“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı nəşr olunub14.05.2026 - 12:50
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans14.05.2026 - 12:40
Polşalı arxeoloqlar Tunc dövrü ilə bağlı tədqiqatlarını təqdim ediblər14.05.2026 - 12:25
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzv seçilib14.05.2026 - 12:10
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb14.05.2026 - 12:00
BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində14.05.2026 - 09:54
Süni intellekt və Azərbaycanın resurs potensialı: elmi-praktiki konfrans keçirilib14.05.2026 - 09:38
BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda V Respublika elmi konfransı 14.05.2026 - 09:23
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu14.05.2026 - 09:12
NDU-da İnsan resursları və hüquq şöbəsi üçün yeni ofis istifadəyə verilib14.05.2026 - 09:00
BDU-da WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib14.05.2026 - 08:48
BDU-da Respublika elmi konfransı: “Şərq filologiyası məsələləri”14.05.2026 - 08:35
ADU-da professor Ramiz Yunusla ikinci görüş14.05.2026 - 08:24
ADU-da “Bir ağac, bir gələcək” aksiyası keçirilib14.05.2026 - 08:12
Psixoloq: Davamlı yorğunluq və stress emosional tükənməyə səbəb ola bilər14.05.2026 - 08:00
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib14.05.2026 - 07:49
"Postkolonial ədəbiyyatda qadın kimliyi” mövzusunda elmi seminar keçirilib14.05.2026 - 07:34
ADU tələbələri Memorial Soyqırımı Muzeyində ekskursiyada olublar14.05.2026 - 07:22
Bu günə olan hava proqnozu 14.05.2026 - 07:12
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq - ƏMR13.05.2026 - 19:56
Mingəçevir Dövlət Universitetində tədbir keçirilib13.05.2026 - 19:48
BMU-dan müdafiə sənayesi üçün yeni proqram13.05.2026 - 19:36
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq13.05.2026 - 19:28
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib13.05.2026 - 19:21
Məktəblimiz Avropa çempionu olub13.05.2026 - 19:15
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ13.05.2026 - 19:06
Süni intellekt təhsildə yeni böhran yaradıb13.05.2026 - 18:56
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi13.05.2026 - 18:48
Ali təhsildə maliyyə gərginliyi dərinləşir13.05.2026 - 18:36
Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib13.05.2026 - 18:28
Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq13.05.2026 - 18:16
İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları13.05.2026 - 18:08
XVII UNEC Karyera və əmək yarmarkası13.05.2026 - 17:56
Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib13.05.2026 - 17:55
İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi13.05.2026 - 17:48
"İlin gənc müəllimi - 2026" müsabiqəsi başlayır13.05.2026 - 17:45
Pedaqoji Universitetdə STEAM hesabat sərgisi13.05.2026 - 17:36
“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib13.05.2026 - 17:35
AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub13.05.2026 - 17:28