Azərbaycan-Fransız Universitetinin Neft və Qaz Mühəndisliyi Proqramının koordinatoru Fidan Aslanzadə Cənubi Xəzər hövzəsində neft və qaz yataqlarının keyfiyyətinə karbonatların təsiri ilə bağlı araşdırma aparıb.
“Tehsil365" xəbər veri ki, tədqiqat barədə AZƏRTAC-aməlumat verən Fidan Aslanzadə bildirib ki, araşdırma zamanı quyu məlumatları və müxtəlif nümunələr əsasında analizlər həyata keçirilib. Araşdırmada karbonat minerallarının layların məsaməliliyinə və keçiriciliyinə necə təsir etdiyi öyrənilib.
Müəllif müəyyən edib ki, karbonat sementləri bəzi hallarda layların keçiriciliyini azaldır, bəzi hallarda isə əlavə məsaməlilik yaradaraq yatağın keyfiyyətini yaxşılaşdırır.
Araşdırmanın nəticələrinin Cənubi Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının daha dəqiq qiymətləndirilməsinə, həmçinin qazma prosesində risklərin azaldılmasına kömək edəcəyi bildirilir.

