Təhsil 365 - Logo Mobile

Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans

7514.05.2026 - 17:16
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib.

“Tehsil365" xəbər verir ki, TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gəliblər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.

Konfransın açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Birinci Türkoloji Qurultay yalnız dilçilik tarixinin mühüm hadisəsi deyil, bütövlükdə Türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platformadır. Rektor vurğulayıb ki, düz bir əsr əvvəl Bakıda əsası qoyulmuş ortaq dil, ortaq əlifba, ortaq terminologiya və ortaq gələcək ideyaları bu gün də aktuallığını qoruyur. Cəfər Cəfərov çıxışında ADPU-nun Birinci Türkoloji Qurultayla tarixi bağlılığına da diqqət çəkərək qeyd edib ki, 1926-cı il martın 2-də Qurultay iştirakçıları həmin dövrdə milli dildə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan Ali Pedaqoji İnstitutun qonağı olublar. Həmin dövrdə Pedaqoji İnstitutun direktoru olan Cəlil Məhəmmədzadə Qurultayın 9 nəfərlik təşkilat komitəsinin üzvü və Mandat komissiyasının sədri kimi bu tarixi prosesin əsas memarlarından biri olub. Həmçinin Pedaqoji Universitetə ayrı-ayrı vaxtlarda rəhbərlik etmiş Şərif Manatov, Pənah Qasımov və Hüseyn Musayev və aralarında Bəkir Çobanzadə, Nikolay Aşmarin, Vasili Bartold, Aleksandr Samoyloviç, Hənəfi Zeynallı, Abdulla Tağızadə olmaqla, ümumilikdə 12 müəllim də Qurultay tribunasından türkologiyanın gələcəyini səsləndiriblər. Qurultayın təşkilat komitəsində və elmi fəaliyyətində universitetin rəhbərləri və professor-müəllim heyətinin fəal iştirakı ADPU-nun türkoloji elmi fikrin formalaşmasındakı mühüm rolunu təsdiqləyir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi fikir tarixində mühüm mərhələ təşkil etdiyini bildirib. O qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş bu mötəbər elmi toplantı ortaq dil, əlifba, milli-mədəni dəyərlərin qorunması və türkologiya elminin sistemli inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, ölkə rəhbərinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda, qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Birinci Türkoloji Qurultayın türk xalqlarının milli özünüdərk prosesində və ortaq mədəni dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını vurğulayıb.

Konfransda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova universitetin türk dünyasının ali təhsil və elm müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, bu kimi beynəlxalq elmi platformaların akademik əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Birinci Türkoloji Qurultayın humanitar elmlərin inkişafında, dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Azərbaycan dilçiliyinin inkişafında Birinci Türkoloji Qurultayın mühüm rolundan bəhs edib.

ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Birinci Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İgəndərzadə, Türkiyənin Qafqaz Universitetinin professoru Səlcuq Ural, Özbəkistan Asiya Beynəlxalq Universitetinin prorektoru Əzəmət Əkbərov, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev çıxışlarında türk dillərinin öyrənilməsi, müqayisəli tədqiqi və ortaq elmi ənənələrin inkişaf etdirilməsinin müasir türkologiyanın əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Konfransın növbəti günündə qonaqların ADPU Şamaxı filialına səfəri nəzərdə tutulur.

Nərmin Mustafayeva

Xəbər Lenti

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar14.05.2026 - 15:50
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir14.05.2026 - 15:40
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib14.05.2026 - 15:30
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 15:20
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək14.05.2026 - 15:10
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək14.05.2026 - 15:00
İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir14.05.2026 - 14:30
Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb14.05.2026 - 14:15