Təhsil 365 - Logo Mobile

Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək

8014.05.2026 - 18:54
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə mayın 18-dən 24-dək “4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək.

“Tehsil365" xəbər verir ki, növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gələcək. Builki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir.

Festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri “Cadenza” orkestri, BCMS ansamblı, solistlər, həm də nüfuzlu müasir musiqi ansamblları olan “Catinblack”, “C2E2 Ensemble”, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş ifaçı solistlər və məruzəçilər – Szilard Benes, Aleksey Potapov, Raçel Valker və b. ifa edəcək.

Festival proqramı səhər, günorta, axşam seanslarından ibarətdir və ictimaiyyətə açıqdır. Proqram çərçivəsində Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Muzey Mərkəzi, Qara Qarayevin ev-muzeyi kimi aparıcı konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vörkşoplar, mühazirələr, eləcə də axşam konsertləri keçiriləcək.

Proqram dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsəri əhatə edir. İfa olunacaq bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır. Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından biri olan Morton Feldman haqqında film nümayişi olacaq. Bu tədbirə giriş üçün əvvəldən qeydiyyat tələb olunur.

Festival haqqında daha ətrafı məlumatı rəsmi internet saytından və sosial şəbəkə hesablarından əldə etmək olar.

Nərmin Mustafayeva

Xəbər Lenti

BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00