Təhsil 365 - Logo Mobile

“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb

7314.05.2026 - 19:24
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” sosial layihəsinin bağlanış mərasimi keçirilib.

Bu barədə “Tehsil365"ə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) öncəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunub.

Tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, proqrama cəlb edilmiş əlilliyi olan gənclər iştirak ediblər. Onlar əvvəlcə mərkəzin təlimçi və benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev WUF13 ərəfəsində reallaşan “İmkanlar – Hər kəs üçün” layihəsinin əlçatan şəhər mühitinin formalaşdırılmasında xüsusi önəmini vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin də əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onlar üçün inklüziv mühitin təmin edilməsi olduğunu bildirib. Ölkəmizin hələ 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulduğunu, Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda əksini tapdığını qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Mərkəzdə və onun İsmayıllı, Qarabağ “DOST Evi” filiallarında həssas qrupların bacarıqlarının inkişafı üçün aparılan işlərdən bəhs olunub. Əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərdə son illər edilmiş ciddi artımlar, onların məşğulluğunun təminatı, reabilitasiyası tədbirləri, “İmkanlar – Hər kəs üçün” layihəsinin əlilliyi olan gənclərin bacarıqlarının inkişafına dəstək olduğu qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov WUF13-ün proqramı və gündəliyindəki yeniliklərdən bəhs edib. O, yüksəksəviyyəli dövlət rəsmilərinin, şəhərsalma liderlərinin iştirak edəcəyi bu forumda BMT və Azərbaycan hökuməti tərəfindən təşkil olunacaq xüsusi sessiya və dəyirmi masaların “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər” hədəfinə xidmət edəcəyini deyib. “İmkanlar hər kəs üçün” layihəsinin də forumun prioritetlərinə uyğun olaraq şəhərsalmada inklüzivliyin təşviqini gücləndirdiyini qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave layihənin inklüziv şəhərlərin və dayanıqlı icmaların formalaşması baxımından önəmini vurğulayıb. Bildirib ki, həssas qruplardan olan şəxslərin əmək bazarında, qərarvermə proseslərində və şəhər həyatında tam iştirakçılığı yalnız sosial məsələ deyil, eyni zamanda, dayanıqlı urban inkişafın əsas şərtlərindən biridir. Layihə bu yanaşmanı praktik müstəviyə daşıyır və WUF13-ün əsas mesajları ilə üst-üstə düşür.

“Hamı üçün şəhərlər” prinsipinin imkanlara çıxış, məşğulluq və sosial iştirakçılıq üzərindən qurulduğunu vurğulayan Anna Soave uğurlu əməkdaşlığa görə tərəfdaş qurumlara təşəkkür edib. Daha sonra BMT-nin Məskunlaşma Proqramının təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihələr üzrə koordinatoru Tamerlan Turabov layihənin nəticələrinə dair təqdimatla çıxış ediblər. Bildirilib ki, 2 ay müddətində icra olunan layihəyə mərkəzin əlilliyi olan 25 benefisiarı cəlb edilib. Onlar üçün layihə çərçivəsində 11 tərəfdaş qurumda təcrübə təşkil olunub. Proqram iştirakçıların kommunikasiya, adaptasiya, komanda işi, peşəkar davranış bacarıqlarının inkişafına töhfə verib. Layihə nəticəsində bir sıra iştirakçılar daimi məşğulluq imkanları əldə edib, tərəfdaş qurumlarda isə inklüziv iş mühitinin qurulması istiqamətində yeni yanaşmalar təşviq olunub.

Proqram iştirakçılarının təcrübə müddətindəki fəaliyyətini və tərəfdaş qurumların nümayəndələrinin layihə ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Layihə iştirakçıları Mətin Hacıyev və Fatimə Muradova təcrübə proqramı barədə təəssüratlarını bölüşüblər. Layihədə tərəfdaş olan qurumlara təşəkkürnamələr verilib. Mərkəzin İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında konsert proqramı nümayiş olunub.

Nərmin Mustafayeva

Xəbər Lenti

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar14.05.2026 - 15:50
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir14.05.2026 - 15:40
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib14.05.2026 - 15:30
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 15:20
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək14.05.2026 - 15:10
İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir14.05.2026 - 14:30
Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb14.05.2026 - 14:15