Təhsil 365 - Logo Mobile

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib

9914.05.2026 - 15:30
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

“Tehsil365“ xəbər verir ki, 261 nömrəli məktəb-liseydə keçirilən görüşdə millət vəkilləri Zahid Oruc və Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, məktəb direktorları, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri və valideynlər iştirak ediblər.

Qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, dəhlizlərdə nümayiş etdirilən STEAM dərsləri çərçivəsində ərsəyə gətirilmiş innovativ layihələrə baxış keçiriblər.

Qonaqları salamlayan məktəb-liseyin direktoru Könül Məmmədli görüşün məqsədi barədə iştirakçılara ətraflı məlumat verib, bu cür açıq dialoq və qarşılıqlı əməkdaşlıq platformalarının təhsil mühitinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Direktor daha sonra təhsil ocağının fəaliyyətinə dair təqdimatla çıxış edib, gələcək hədəflər və inkişaf istiqamətləri barədə məlumat verib.

Millət vəkili Zahid Oruc belə platformaların yalnız fikir mübadiləsi üçün deyil, həm də məktəb mühitinin real ehtiyaclarının daha aydın şəkildə ortaya çıxması baxımından əhəmiyyətindən bəhs edib. Müəllim nüfuzunun qorunmasının vacibliyindən danışan millət vəkili vurğulayıb ki, cəmiyyətin müəllimə verdiyi dəyər gələcəyin necə formalaşacağını müəyyən edən əsas amillərdəndir.

Millət vəkili Vüqar Rəhimzadə çıxışında məktəblə icma arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin təhsilin daha dayanıqlı inkişafına şərait yaratdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq məktəb mühitinin cəmiyyətlə daha sıx inteqrasiyasına və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, media təhsilin inkişaf prosesində yalnız müşahidəçi deyil, eyni zamanda onun yanında olan vacib tərəfdaş kimi çıxış etməlidir. H.Heydərli informasiya məkanında məktəbin və müəllimin nüfuzunun qorunmasını, daim ön planda saxlanılmasını cəmiyyətin təhsilə münasibətinin formalaşmasında mühüm rol kimi dəyərləndirib.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəb-icma əlaqələrinin gücləndirilməsi təhsil mühitinin daha sağlam və dayanıqlı inkişafına xidmət edir və bu əlaqələrin geniş olduğu məktəb modeli tədris prosesinə marağı artırır, həmçinin məktəbin sosial mühitdə rolunu daha görünən edir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıblar. Çıxışlarda ailə, məktəb və ictimai mühit arasında sağlam əlaqələrin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Mehriban İbadova

Xəbər Lenti

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar14.05.2026 - 15:50
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir14.05.2026 - 15:40
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 15:20
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək14.05.2026 - 15:10
İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir14.05.2026 - 14:30
Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb14.05.2026 - 14:15