Təhsil 365 - Logo Mobile

AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

9814.05.2026 - 16:25
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

AZCON Holdinq və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə təsis edilən “AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

“Tehsil365“ xəbər verir ki , təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər. 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, AZSET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür. Nazir vurğulayıb ki, müasir əmək bazarında universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan AZSET modeli tələbələrin yalnız akademik bilik əldə etməsinə deyil, həm də praktiki bacarıqlar formalaşdırmasına imkan yaradacaq.

Emin Əmrullayev əlavə edib ki, beynəlxalq tərəfdaşlıq əsasında həyata keçirilən belə layihələr Azərbaycanın mühəndislik və texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verir. 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər. 
Rəşad Nəbiyev əlavə edib ki, tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər. Proqram çərçivəsində hər bir tələbə AZCON Holdinq ekosistemində fəaliyyət göstərən şirkətlərdən biri ilə birbaşa əlaqələndiriləcək və real layihələr üzərində praktiki təcrübə qazanacaq.

“TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək onun üçün böyük şərəfdir.

“Biz kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq və daha sonra kompüter mühəndisliyi üzrə bakalavr proqramını təqdim edəcəyik. 

Bu, sadəcə yeni bir məktəbin açılışı deyil. Bu, Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş uzunmüddətli öhdəliyin başlanğıcıdır”, – deyə icraçı direktor vurğulayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiya, universitet-sənaye əməkdaşlığının yeni modeli və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır. Bu layihənin ən böyük nəticəsi yüksəksəviyyəli mühəndislər, yeni texnologiyalar, startap ekosistemi və beynəlxalq rəqabət qabiliyyətli insan kapitalı olacaq.

Sonra “AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni AZCON Holdinq tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və “TUM International GmbH” (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. “TUM” mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək. 

Beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasını hədəfləyən məktəbdə tədris tam şəkildə ingilis dilində aparılacaq. AZSET proqramı Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq təhsil, təbiət, texniki və texnoloji ixtisaslar üzrə birinci kursunu başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Proqrama müraciət etmək istəyən namizədlərin birinci kursun hər iki semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) ən azı 81 və daha yüksək olması, eyni zamanda ingilis dili üzrə ən azı B2 və daha yuxarı səviyyəyə malik olmaları tələb edilir. Qəbul üçün daxili imtahana qeydiyyat cari ilin 15 iyun – 15 iyul tarixləri arasında aparılacaq. Uğur qazanan tələbələr təhsillərini ikinci kursdan bu proqramda davam etdirə biləcəklər. 

Yüksək nəticə göstərən tələbələrin “TUM”un Münhen kampusuna tədris səfərləri nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” sertifikatını əldə edəcəklər. Eyni zamanda yüksək akademik nəticə göstəriciləri ilə fərqlənən məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanı yaradılacaq.
AZSET proqramı haqqında ətraflı məlumat üçün: www.azsetedu.az

Mehriban İbadova

Xəbər Lenti

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar14.05.2026 - 15:50
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir14.05.2026 - 15:40
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib14.05.2026 - 15:30
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 15:20
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək14.05.2026 - 15:10
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək14.05.2026 - 15:00
İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir14.05.2026 - 14:30
Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb14.05.2026 - 14:15