SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov “Özbəkistanın nefti və qazı – OGU2026” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində SOCAR-ın pavilyonunda Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan özbək tələbələrlə görüşüblər.
“Tehsil365“ xəbər verir ki, hər iki şirkət rəhbəri tələbələrin təhsili ilə maraqlanıb, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, SOCAR və "Uzbekneftegaz" arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına əsasən 16 özbək tələbə BANM-də Kimya mühəndisliyi ixtisasının Neft və Qaz Texnologiyası ixtisaslaşması üzrə təhsil alır.
Əlavə olaraq, "Uzbekneftegaz"ın 3 əməkdaşı SOCAR və "Uzbekneftegaz" təqaüdləri ilə BANM-də MBA proqramında təhsil alır.
Hazırda BANM-də 25 nəfərədək özbək tələbə təhsil alır.
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
9714.05.2026 - 17:00

