Təhsil 365 - Logo Mobile

Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”

14114.05.2026 - 16:35
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”

“Yeni viruslarla bağlı xəbərlərin insanlarda qorxu və təşviş yaratmasının əsas səbəbi onların təhlükə kimi qəbul edilməsidir”.

Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, insan beyni naməlum və nəzarət edilməsi çətin vəziyyətlərə qarşı həssas reaksiya verir:

“Virus kimi görünməyən, sürətlə yayılan və nəticələri bilinməyən təhlükələr beyində avtomatik olaraq risk siqnalı yaradır. İnsan düşünür ki, nə baş verəcək, necə olacaq, bu vəziyyət nə ilə nəticələnəcək.”

Psixoloq qeyd edib ki, COVID-19 pandemiyası dövründə yaşanan stress və itkilər insanların psixologiyasında iz buraxıb:

“Yeni virus xəbərləri yayıldıqda insanlar istər-istəməz əvvəlki qorxu və təşviş hisslərini yenidən xatırlayırlar.”

Nabat Mirzəyeva sosial medianın da bu prosesə təsir etdiyini vurğulayıb:

“İnsan beyni neqativ xəbərlərə daha həssasdır. Sosial mediada davamlı şəkildə yayılan qorxuducu məlumatlar və neqativ fikirlər təşvişi daha da artırır.”

Onun fikrincə, əsas narahatlıqlardan biri insanların özləri və yaxınları ilə bağlı düşüncələridir:

“İnsanlar ‘mənə və ailəmə nə olacaq?’, ‘yenidən pandemiya yaşanacaqmı?’ kimi suallar verməyə başlayırlar. Bu isə qeyri-müəyyənlik hissini gücləndirir.”

Psixoloq bildirib ki, məlumatlı olmaqla təşviş içində yaşamaq eyni anlayış deyil:

“Xəbərləri izləmək və məlumat almaq vacibdir. Amma insan özünü davamlı qorxu içində saxlamamalıdır. Uzunmüddətli qorxu həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.”

Sonda ekspert informasiya ilə emosional balansın qorunmasının vacibliyini qeyd edib:

“Qorxu ilə məlumat arasında düzgün balans qurmaq psixoloji sağlamlıq üçün olduqca önəmlidir.”

Fatimə Cəfərzadə

Xəbər Lenti

Bakının tarixi-memarlıq abidəsi – Milli Azərbaycan Tarixi Muzeyi29.09.2026 - 13:05
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir - FOTOLAR29.09.2026 - 12:00
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35