Mayın 13-də Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Azərbaycanın yeni enerji strategiyası: rəqəmsal transformasiya və insan kapitalı" mövzusunda seminar keçirilib.
“Tehsil365“ xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
SOCAR nümayəndələri, eləcə də universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə "Əsrin müqaviləsi"nin ölkəmizin dayanıqlı iqtisadi inkişafında rolu, "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi strateji layihələr, enerji sektorunda tətbiq olunan rəqəmsal həllər, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə təqdimatlar edilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb.
Seminar çərçivəsində, həmçinin ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "İz" sənədli filmi nümayiş olunub.

