Təhsil 365 - Logo Mobile

Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir

10922.05.2026 - 14:00
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edib.

“Tehsil365” xəbər verir ki, müsabiqənin əsas məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsidir. Eyni zamanda layihələrin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməsi nəzərdə tutulur.

Müsabiqədə Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları iştirak edə bilərlər. Layihə təklifləri mayın 22-dən iyunun 22-dək qəbul olunacaq. Müraciətlər yalnız Fondun rəsmi saytının E-Xidmətlər Sistemi vasitəsilə elektron qaydada təqdim edilməlidir.

Qrant müsabiqəsinə təqdim olunan layihələr aşağıdakı istiqamətləri əhatə edir:

milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;

gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;

sosial inklüzivlik və bərabər imkanların təşviqi;

rəqəmsal gələcək, innovasiya və süni intellekt;

yaradıcı sənaye və mədəni innovasiyalar;

regionlarda gənclərin iştirakçılığı və ictimai fəallığı;

dayanıqlı inkişaf və ekoloji məsuliyyət.

Müraciət zamanı layihənin təsviri, xərclər smetası və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir.

Layihələrin icra müddəti minimum 3 ay, maksimum 12 ay müəyyən edilib. Fiziki şəxslərin fərdi layihələri üzrə müraciət məbləği 5 min manatdan, gənclər təşkilatlarının yerli layihələri üzrə 10 min manatdan, beynəlxalq layihələr üzrə isə 15 min manatdan çox olmamalıdır.

Bildirilib ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya artıq başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilməyəcək.

Layihələrin qiymətləndirilməsi zamanı yenilik və unikal yanaşma, davamlılıq, təklif olunan müddət və büdcə çərçivəsində reallaşdırılma imkanları, həmçinin müasir texnoloji həllər və innovativ yanaşmalara uyğunluq əsas meyarlar kimi nəzərə alınacaq.

Qrant müsabiqəsi haqqında ətraflı məlumatı youthfoundation.az⁠� vasitəsilə əldə etmək mümkündür.

Aydan Ələkbərova

Xəbər Lenti

Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib09.07.2026 - 18:24
Çində daşqın səbəbindən 39 nəfər ölüb, 9 nəfər itkin düşüb09.07.2026 - 18:18
Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb09.07.2026 - 18:12
Bakıda tələbələr kirayə ev axtararkən dələduzların qurbanı oldular09.07.2026 - 17:52
Peşə Liseyinə yeni direktor təyin olundu09.07.2026 - 17:47
Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb09.07.2026 - 17:40
İncəsənət məktəblərinə müəllim qəbulu: iştirak haqqı 80 manatdır09.07.2026 - 17:35
Konstitusiya Məhkəməsi Plenumu mühasibat və vergi məsləhətçilərinin öhdəlikləri ilə bağlı qərar qəbul edib09.07.2026 - 17:27
MİQ imtahanının vaxtı açıqlanıb09.07.2026 - 17:20
2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq - Komissiya sədri09.07.2026 - 17:12
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə09.07.2026 - 16:13
ADNSU “QS Africa Forum 2026”-da Azərbaycanı təmsil edən yeganə universitetdir09.07.2026 - 16:08
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start verilir09.07.2026 - 16:03
UNEC-in Zaqatala filialında MBA proqramına tələbə qəbulu başlayır09.07.2026 - 15:57
Bakı Mühəndislik Universitetinin magistratura pilləsinə qəbul planında yeniliklər09.07.2026 - 15:23
Yaponiya Biznes Assosiasiyasının nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib09.07.2026 - 15:11
Kibertəhlükəsizlik sahəsinə necə başlamaq olar: Ekspert tövsiyələri09.07.2026 - 15:03
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTOLAR09.07.2026 - 14:29
Azərbaycan qolfçuları Parisdə iki medal qazanıblar - FOTOLAR09.07.2026 - 14:26
ADPU-da magistratura üzrə yeni ixtisaslaşmaya qəbul başlayır09.07.2026 - 13:48
Bu ilin ilk beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxma hallarında artım qeydə alınıb09.07.2026 - 13:43
Ramin Məmmədov Vatikanda Apostol Kitabxanasının rəhbəri ilə görüşüb09.07.2026 - 13:38
MİQ-2026: Qeydiyyatdan keçən namizədlərin sayı 40 mini ötüb09.07.2026 - 13:34
Emin Əmrullayev: "SABAH qrupları Azərbaycan ali təhsilinin brendinə çevrilib"09.07.2026 - 13:28
Təsviri sənət üzrə qabiliyyət imtahanının nəticələrinə apellyasiya üçün qeydiyyat başlayıb09.07.2026 - 13:21
Müəllim olmaq istəyənlərin diqqətinə: MİQ-də süni intellekt bilikləri də yoxlanıla bilər09.07.2026 - 13:12
Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix açıqlanıb09.07.2026 - 13:09
Milli Məclisdə uşaqların rəqəmsal təhlükəsizliyi və süni intellekt müzakirə olunub09.07.2026 - 13:04
Kapital Bank yeni istiqraz buraxılışına abunəni elan etdi09.07.2026 - 11:01
Meyvə şirələri istehsalında pozuntular aşkarlandı09.07.2026 - 10:55
“Müasir dövrdə bəzi uşaqlarda böyüklərə qarşı aqressiv davranşıların artması tək bir səbəblə izah oluna bilməz” - Psixoloq Zeynəb Əyyubova09.07.2026 - 10:50
“Ədibin Evi” xarici diplomatlar üçün yeni mədəniyyət kursuna start verir09.07.2026 - 10:31
MİQ imtahanları bu tarixlərdə keçiriləcək09.07.2026 - 10:25
Kembric Universitetinin Bakıda ilk rəsmi təhsil nümayəndəliyi açılıb09.07.2026 - 10:17
BMU magistratura üzrə qəbul planını açıqlayıb09.07.2026 - 10:11
Bu il BDU-da 493 tələbə SABAH məzunu olur09.07.2026 - 10:08
Şəhid övladları üçün təşkil olunan “Əmanətə Sədaqət” düşərgəsi yekunlaşıb09.07.2026 - 09:49
Əmək bazarı terminlərinin izahlı lüğəti ictimaiyyətə təqdim edilib09.07.2026 - 09:37
Stolüstü tennis millimiz Avropa çempionatına yollanır09.07.2026 - 09:29
“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi olub-FOTOLAR09.07.2026 - 09:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-ni tibbi nümayəndə kimi təmsil edəcək09.07.2026 - 09:23
“İki sahil” qəzeti 35 illik yubileyini qeyd edir09.07.2026 - 09:14
Azərbaycan Gürcüstanda keçiriləcək beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq09.07.2026 - 09:08
Azərbaycan səhiyyəsində yeni uğur - mürəkkəb mikrocərrahi əməliyyat ilk dəfə tətbiq edilib-FOTOLAR09.07.2026 - 09:06
Gənclər Kitabxanası Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlayıb09.07.2026 - 08:53
FHN ağır yol-nəqliyyat və suda boğulma hadisələri üzrə təlim keçirib-FOTOLAR09.07.2026 - 08:49
Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub-FOTOLAR09.07.2026 - 08:46
Beynəlxalq Muğam Mərkəzinin direktoru: Yeni mövsümdə klassik aşıq dastanları təqdim olunacaq09.07.2026 - 08:39