İyunun 19-da Bakı Slavyan Universitetinin (BSU) Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzində hazırlanmış nəşrlərin Naxçıvan Dövlət Universitetində (NDU) sərgisi təşkil edilib. Sərgidə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın səkkiz dilə tərcümə olunmuş nəşri, “Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi” adlı dərs vəsaiti və proqramı, həmçinin “Qərbi Azərbaycan şivələrinin leksikasının tədqiqi” kitabı nümayiş etdirilib.
Bu barədə "Tehsil365"ə Bakı Slavyan Universitetindən məlumat verilib. Bildirilib ki, sərgi çərçivəsində nümayiş olunan nəşrlər Naxçıvan Dövlət Universitetinə hədiyyə edilib.
Qeyd olunub ki, bu nəşrlər Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, folklorunun, dil xüsusiyyətlərinin və qayıdış ideyasının elmi əsaslarla öyrənilməsi, eləcə də bu istiqamətdə aparılan tədqiqatların və təbliğat işinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

