Təhsil 365 - Logo Mobile

İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"

18420.06.2026 - 09:00
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"

“Məhərrəm ayı Qurani-Kərimdə birbaşa adı zikr edilməsə də, ondan bəhs olunan aylar arasındadır. Qurani-Kərimdə haram aylar olaraq bildirilən aylar arasında Məhərrəm ayı da yer alır”.

İlahiyyatçı Cəmil Musayev "Tehsil365"ə açıqlamasında bildirib ki, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) Məhərrəm ayını "Allahın ayı" adlandırıb və bu ayın dinimizdə böyük yeri var. "Peyğəmbərimiz Hz. Məhəmməd Məkkədən Mədinəyə hicrət etdikdən sonra Aşura günü yəhudilərin oruc tutduğunu görür və onlardan soruşur: 'Aşura günü nə üçün oruc tutursunuz?' Onlar isə bunun Hz. Musanın Fironun zülmündən qurtulduğu gün olduğunu bildirirlər. Bundan sonra Peyğəmbərimiz 'Mən Musaya sizdən daha yaxınam, o mənim peyğəmbər qardaşımdır', – deyə buyurur və səhabələrinə Aşura günü oruc tutmağı tövsiyə edir."

Musayev qeyd edib ki, dinimizə görə Aşura orucu yəhudilərə bənzəməmək üçün Məhərrəm ayının 9-10, 10-11 və ya 9-10-11-ci günlərində tutulmalıdır. "Ramazan orucu fərz buyurulduqdan sonra isə Peyğəmbərimiz Aşura orucu haqqında 'İstəyən tutsun, istəyən tutmasın', – deyə buyurmuşdur."

İlahiyyatçının sözlərinə görə, Məhərrəm ayı İslam tarixində Kərbəla faciəsi ilə də yadda qalıb. "Aşura günü – Məhərrəm ayının onuncu günü Peyğəmbər əfəndimizin nəvəsi Hz. Hüseyn (r.a.) və onun ailəsi Kərbəlada şəhid edilmişdir. Kərbəla hadisəsi yaşandığı gündən etibarən İslam dünyasının qəlbində sağalmayan bir yara olaraq qalmaqdadır."

Musayev sonda bütün şəhidlərin ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb. "Bu vəsilə ilə İslam uğrunda, din uğrunda, Vətən uğrunda, bayraq uğrunda canlarından keçmiş bütün şəhidləri rəhmətlə yad edirik. Allah səhabələr və Kərbəla şəhidləri başda olmaqla bütün şəhidlərə rəhmət eləsin."

Aydan Ələkbərova

Xəbər Lenti

BDU Fakültəsinin Yubileyi03.11.2026 - 19:27
BDU-da Elmi Seminar baş tutub03.11.2026 - 19:25
BDU- da Biologiya Fakültəsində Anım 03.11.2026 - 19:20
Xarıbülbülün Zəfər Nəğməsi03.11.2026 - 19:17
ADNSU Beynəlxalq Konfranslarda03.11.2026 - 19:13
ADNSU-Deep Tech Əməkdaşlığı03.11.2026 - 19:07
ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib03.11.2026 - 18:04
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı03.11.2026 - 17:39
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02