Bakı Slavyan Universiteti 2026/2027-ci tədris ili üçün əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə tələbə qəbulu elan edib.
Bu barədə "Tehsil365"ə Bakı Slavyan Universitetindən məlumat verilib. Bildirilib ki, qəbul Filologiya (ingilis dili və ədəbiyyatı), Psixologiya və Beynəlxalq münasibətlər ixtisasları üzrə Azərbaycan bölməsində aparılır.
Qeyd olunub ki, təhsil ödənişli əsaslarla və qiyabi təhsilalma forması üzrə həyata keçiriləcək.
Sənəd qəbulu elektron qaydada portal.edu.az platforması vasitəsilə aparılır. Namizədlər müraciətlərini 30 avqust 2026-cı il tarixinədək təqdim edə bilərlər.
Əlavə məlumat almaq istəyən şəxslər (012) 599 08 70 (daxili 104) və (010) 372 97 53 nömrələri ilə əlaqə saxlaya bilərlər.

