5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını ( ıı ixtisas qrupu, ııı ixtisas qrupu)eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

