Təhsil 365 - Logo Mobile

Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR

12806.07.2026 - 08:50
Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR

Milli Aviasiya Akademiyasında riyaziyyat elminin görkəmli nümayəndəsi, Azərbaycanda riyazi fizika tənlikləri məktəbinin yaradıcısı, akademik Məcid Rəsulovun anadan olmasının 110 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Akademiyadan “Tehsil365"ə bildirilib ki, tədbiri akademik Misir Mərdanov açaraq akademik Məcid Rəsulovun Azərbaycan riyaziyyat elminin inkişafındakı müstəsna xidmətlərindən, yaratdığı elmi məktəbin əhəmiyyətindən və onun elmi irsinin bu gün də aktuallığını qoruduğundan bəhs edib. O bildirib ki, Məcid Rəsulovun əsərləri və elmi ideyaları müasir riyaziyyatın, riyazi fizikanın və tətbiqi elmlərin inkişafında mühüm rol oynamaqda davam edir.

Tədbirdə Azərbaycan elminin tanınmış nümayəndələri, akademiklər, professor-müəllim heyəti, tədqiqatçılar, tələbələr, akademik Məcid Rəsulovun elmi məktəbinin nümayəndələri, alimin qohumları və yaxınları iştirak ediblər.

L

Qeyd olunub ki, tədbirin Milli Aviasiya Akademiyasında keçirilməsi təsadüfi deyil. Fundamental elmlər, xüsusilə riyaziyyat müasir mühəndislik, aviasiya və aerokosmik texnologiyaların elmi əsasını təşkil edir. Akademik Məcid Rəsulovun riyazi fizika tənlikləri sahəsində yaratdığı elmi məktəb, o cümlədən maye və qaz dinamikası, aerodinamika və uçuş aparatlarının layihələndirilməsi istiqamətlərində aparılan tədqiqatlar bu gün də aktuallığını qoruyur.


Çıxışlarda vurğulanıb ki, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev fundamental elmlərin, xüsusilə riyaziyyatın inkişafını aerokosmik sahənin elmi-texniki tərəqqisinin əsas şərtlərindən biri kimi qiymətləndirir. Akademiyada görkəmli Azərbaycan alimlərinin elmi irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.


Tədbirdə akademik Yusif Məmmədov akademik Məcid Rəsulovun həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. O, görkəmli alimin zəngin elmi fəaliyyətindən, riyazi fizika sahəsində əldə etdiyi fundamental nəticələrdən, Azərbaycan riyaziyyat məktəbinin formalaşması və inkişafındakı xidmətlərindən, yetişdirdiyi alimlərdən və beynəlxalq elmi əlaqələrindən ətraflı bəhs edib.


Yazıçı-publisist Vaqif Aslanın “Hər şey zamanın içində “Böyük riyaziyyatçı Məcid Rəsulovun 100 illiyinə həsr olunur” filmindən kadrlar göstərilib.


Məcid Rəsulov məktəbinin yetirməsi, Moskva şəhəri azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Şurası sədrinin müavini Həşim Əliyev tədbirə videoformatda qoşularaq ürək sözlərini bölüşüb.


Sonra akademik Məcid Rəsulovun elmi məktəbinin nümayəndələri çıxış edərək onun elmi ideyalarının bu gün uğurla davam etdirildiyini, yaratdığı məktəbin müxtəlif istiqamətlər üzrə aparılan tədqiqatların əsasını təşkil etdiyini vurğulayıblar. Çıxışlarda alimin yüksək insani keyfiyyətləri, pedaqoji fəaliyyəti və gənc alimlərin yetişdirilməsindəki müstəsna xidmətləri də xüsusi qeyd olunub.


Milli Aviasiya Akademiyası adından çıxış edən Akademiyanın birinci prorektoru professor Ədalət Səmədov akademik Məcid Rəsulovun 110 illik yubileyinə həsr olunmuş tədbirin iştirakçılarına təşəkkürünü bildirib. Professor Ədalət Səmədov qeyd edib ki, akademik Məcid Rəsulovun zəngin elmi irsi Azərbaycan elminin ən qiymətli sərvətlərindən biridir və onun yaratdığı elmi məktəb bu gün də aktuallığını qoruyur.


Birinci prorektor xüsusilə tədbirdə iştirak edən gənc tədqiqatçılara müraciət edərək vurğulayıb ki, akademik Məcid Rəsulovun elmi məktəbinin dərindən öyrənilməsi, bu məktəbin müasir elmi yanaşmalarla daha da inkişaf etdirilməsi və əldə olunan nəticələrin aviasiya, aerokosmik mühəndislik və yüksək texnologiyalar sahəsində tətbiqi gələcəyin elmi tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, fundamental riyaziyyata əsaslanan elmi tədqiqatlar aerokosmik sahənin inkişafının başlıca təminatlarından biridir və bu istiqamətdə gənc alimlərin üzərinə böyük məsuliyyət düşür.


Daha sonra akademik Məcid Rəsulovun qardaşı oğlu, professor Mahir Rəsulov çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına və Milli Aviasiya Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib. O qeyd edib ki, görkəmli alimin xatirəsinin belə yüksək səviyyədə yad olunması ailə üzvlərinə qürur yaşadır və mənəvi dəyər daşıyır. Professor Mahir Rəsulov akademik Məcid Rəsulovun zəngin elmi irsinin yaşadılmasına və gənc nəsillərə çatdırılmasına göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.


Sonda akademik Məcid Rəsulovun əziz xatirəsi ehtiramla yad olunub, onun zəngin elmi irsinin öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin Azərbaycan elminin və xüsusilə aerokosmik sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Afin Mahmudov

Xəbər Lenti

Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib06.07.2026 - 10:27
Müxalif “Ermənistan” blokundan yeni qərar06.07.2026 - 10:22
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib06.07.2026 - 10:16
Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər06.07.2026 - 10:08
Şuşadakı konfransda Çərkəz müharibəsi ilə bağlı diqqətçəkən açıqlama06.07.2026 - 09:59
Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər06.07.2026 - 09:51
Bir ayda 2100-dən çox vəkil üçün peşə hazırlığı təlimləri təşkil edilib06.07.2026 - 09:40
“Fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər müşahidə olunur” - Seysmoloq Ənvər Əliyev06.07.2026 - 09:03
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq06.07.2026 - 08:58
BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır06.07.2026 - 08:27
Azərbaycanın atçılıq irsi “National Geographic” sənədli serialında təqdim ediləcək06.07.2026 - 07:55
Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq06.07.2026 - 07:49
Şuşa beynəlxalq konfransa ev sahibliyi edir06.07.2026 - 07:42
Prezidentin köməkçisi Qəbələnin zəngin kulinariya irsindən bəhs edib06.07.2026 - 07:35
Milli musiqi alətlərinin standartlaşdırılmasında ilk addım: kamança üzrə standartlar təsdiqləndi06.07.2026 - 07:22
Hafiz Paşayev: "ADA artıq Diplomatik Akademiya çərçivəsini xeyli genişləndirib“06.07.2026 - 07:11
Milli Gənc Tamaşaçılar Teatrında “Pişiyin evi”nin hazırlıq prosesi başlayıb06.07.2026 - 07:05
Dövlət qulluğu imtahanından uğurla keçənlərə sertifikatların verilməsinə start verildi- FOTO06.07.2026 - 06:50
Abituriyentlərin gözlədiyi xəbər: II və III qrupların nəticələri iki həftədən sonra elan ediləcək- FOTO06.07.2026 - 06:40
ADNSU-da ilk dəfə Biotexnologiya ixtisası06.07.2026 - 06:28
Bu universitetin müəlliminə elmi ad verilib06.07.2026 - 06:00
Türkiyənin məşhur aktyoru vəfat etdi - FOTO06.07.2026 - 05:42
"Sosial şəbəkələr çox vaxt gənclərə mənfi təsir edə bilir"- Psixoloq Mələk Kərimova06.07.2026 - 05:07
Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTO01.07.2026 - 06:01
Tarixçilər BDU-nun tarixi ilə bağlı mühüm sənəd paylaşdılar30.06.2026 - 16:35
Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45