“Adətən, Azərbaycanda çoxillik rəqəmlərə əsasən, fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər olur. Hazırda bu hadisələr olduqca sürətlə və qeyri-ənənəvi şəkildə gedir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında seysmoloq Ənvər Əliyev bildirib.
Seysmoloq bildirib ki, müəyyən dövrlərdə də bu cür hadisələr olub. Belə narahatçılığa da ehtiyac yoxdu.
“Müəyyən dövrlərdə də bu cür hadisələr olub. Belə narahatçılığa da ehtiyac yoxdu. Bizim yerləşdiyimiz coğrafi məkan çox oynaqdır və Böyük Qafqaz dağları bir çox əraziləri qoruyur.
Onun sözlərinə görə, Azərbaycanda qeyri-sabit hava şəraitinin müəyyən səbəbləri də vardır.
“Azərbaycanda - Bakı və ətraf rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır. Bunun əsas səbəblərindən biri uzun müddət quraqlığın olması idi. Xəzər dənizinin səviyyəsinə görə isə bu quraqlıqlar baş verməkdədir. Hazırda isə quraqlıq dövrünün sonudur. Müəyyən müddət vaxt keçib və cari dövrdə həddindən artıq yağışlar başlayıb.
Seysmoloq vurğulayıb ki, tarixdə elə vaxt olurdu ki, insanlar anadan olduqları illəri iqlim göstəricilərinə əsasən, müəyyən edirdilər.
“Bəzən tarixdə elə vaxt olurdu ki, insanlar anadan olduqları illəri iqlim göstəricilərinə əsasən, müəyyən edirdilər. Hazırda isə bir çoxları yayın olduqca istili keçəcəyini bildirir”.

