Təhsil 365 - Logo Mobile

Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər

11806.07.2026 - 09:51
  Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər

Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçıları müzakirələrin yekunlarına əsasən hazırlanmış əsas nəticələrin və tövsiyələrin əks olunduğu birgə bəyannamə qəbul ediblər.

Bu barədə “Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində mədəni və etnik müxtəlifliyin qorunub saxlanması, yerli xalqların hüquqlarının müdafiəsi, müstəmləkəçiliyin nəticələrinə dair məsələlər, eləcə də tarixi yaddaş və beynəlxalq əməkdaşlıq sahəsindəki müasir çağırışlara həsr olunmuş iki panel müzakirəsi keçirilib.

Bəyannamənin mətnini təqdim edirik:

Biz - "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar" adlı beynəlxalq konfransın iştirakçıları olan müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar Şuşa müzakirələrinin nəticələrinə uyğun olaraq, aşağıdakıları bəyan edirik: - Mədəni və etnik müxtəliflik, tolerantlıq, multikulturalizm hər bir dövlət üçün milli sərvət olmalıdır. Heç bir xalq etnik və dini mənsubiyyətinə görə alçaldılmamalı, ayrı-seçkiliyə məruz qoyulmamalı, təqib edilməməlidir. İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə beynəlxalq öhdəliklər, UNESCO-nun mədəni müxtəlifliyin qorunmasına dair prinsipləri öz tarixi torpaqlarından qovulmuş, kütləvi qırğınlara, soyqırımılarına, sürgünlərə məruz qalmış, tarixi-mədəni irsini, dilini itirmək təhlükəsi ilə üzləşmiş xalqların fundamental hüquqlarının qorunması üçün işlək alətlərə çevrilməlidir. Müstəmləkəçiliyin müasir formalarının, xalqlara faciə, köləlik və iztirab gətirən addımların qarşısı alınmalıdır. Xalqların etnik və dini mənsubiyyəti cinayət hesab edilməməli, kollektiv cəzalandırmaya səbəb olmamalıdır; - Xalqların milli ləyaqəti və heysiyyəti nəzərə alınmalı, humanizm prinsipləri rəhbər tutulmalı, qarşıdurmaları, toqquşmaları dialoq, əməkdaşlıq, etimad mühiti əvəz etməlidir; - Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır. Rusiya tarixdən ibrət dərsi götürməli, çərkəzlərə və digər xalqlara qarşı soyqırımıları etiraf etməli, onların qanlarını tökənləri qəhrəmanlaşdırmamalıdır, tarixi mövzularda arxiv materialları əlçatan olmalıdır. Rusiyada şovinizm, ksenofobiya ritorikası, "skinhed" dəstələrinin, onların yeni adlar altında, yeni obrazlarda üzə çıxan müxtəlif təzahür formalarının öz mülahizələri əsasında qeyri-ruslara qarşı hücum və təqibləri dayandırılmalıdır; - Etnik və mədəni müxtəlifliyin qorunmasında, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası harmoniya və dialoqun təşviqində Azərbaycanın nümunəvi modeli təqdir olunmalıdır. Azərbaycanın tarixi Şuşa Zəfəri müstəmləkə xalqlarının ən çox ehtiyac duyduğu tarixi ədalətin bərpasının rəmzi kimi nümunə olmalıdır.

Amin Cavayev

Xəbər Lenti

Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib06.07.2026 - 10:27
Müxalif “Ermənistan” blokundan yeni qərar06.07.2026 - 10:22
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib06.07.2026 - 10:16
Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər06.07.2026 - 10:08
Şuşadakı konfransda Çərkəz müharibəsi ilə bağlı diqqətçəkən açıqlama06.07.2026 - 09:59
Bir ayda 2100-dən çox vəkil üçün peşə hazırlığı təlimləri təşkil edilib06.07.2026 - 09:40
“Fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər müşahidə olunur” - Seysmoloq Ənvər Əliyev06.07.2026 - 09:03
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq06.07.2026 - 08:58
Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR06.07.2026 - 08:50
BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır06.07.2026 - 08:27
Azərbaycanın atçılıq irsi “National Geographic” sənədli serialında təqdim ediləcək06.07.2026 - 07:55
Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq06.07.2026 - 07:49
Şuşa beynəlxalq konfransa ev sahibliyi edir06.07.2026 - 07:42
Prezidentin köməkçisi Qəbələnin zəngin kulinariya irsindən bəhs edib06.07.2026 - 07:35
Milli musiqi alətlərinin standartlaşdırılmasında ilk addım: kamança üzrə standartlar təsdiqləndi06.07.2026 - 07:22
Hafiz Paşayev: "ADA artıq Diplomatik Akademiya çərçivəsini xeyli genişləndirib“06.07.2026 - 07:11
Milli Gənc Tamaşaçılar Teatrında “Pişiyin evi”nin hazırlıq prosesi başlayıb06.07.2026 - 07:05
Dövlət qulluğu imtahanından uğurla keçənlərə sertifikatların verilməsinə start verildi- FOTO06.07.2026 - 06:50
Abituriyentlərin gözlədiyi xəbər: II və III qrupların nəticələri iki həftədən sonra elan ediləcək- FOTO06.07.2026 - 06:40
ADNSU-da ilk dəfə Biotexnologiya ixtisası06.07.2026 - 06:28
Bu universitetin müəlliminə elmi ad verilib06.07.2026 - 06:00
Türkiyənin məşhur aktyoru vəfat etdi - FOTO06.07.2026 - 05:42
"Sosial şəbəkələr çox vaxt gənclərə mənfi təsir edə bilir"- Psixoloq Mələk Kərimova06.07.2026 - 05:07
Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTO01.07.2026 - 06:01
Tarixçilər BDU-nun tarixi ilə bağlı mühüm sənəd paylaşdılar30.06.2026 - 16:35
Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45