Təhsil 365 - Logo Mobile

Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər

13806.07.2026 - 10:08
 Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Bu barədə “Tehsil365”-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2026-ci il iyulun 6-dan 10-dək(saat 15:00-a qədər) Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/erize)sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçərkən Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan İdman jurnalistikası ixtisasını seçmək istəyənlər Jurnalistika ixtisaslaşmalarını seçmək üçün tələb olunan minimum 50 bal toplamaqdan əlavə ingilis dili üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı İdman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.

Namizədlər 2026-ci il iyulun 14-dən "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (40 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın "Şəxsi kabinet"inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı media subyekti tərəfindən verilmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.azelektron poçt ünvanına göndərməlidirlər.

İmtahanların iyulun 15-dən etibarən keçirilməsi nəzərdə tutulur. Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni;

– dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı media subyekti tərəfindən verilmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır.

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, media subyektləri ilə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, media subyektlərindən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.

Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • magistraturaya qəbul imtahanında toplanılan bal;

  • ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

  • ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

  • xarici dil üzrə testdən toplanılan bal.


Amin Cavayev

Xəbər Lenti

Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib06.07.2026 - 10:27
Müxalif “Ermənistan” blokundan yeni qərar06.07.2026 - 10:22
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib06.07.2026 - 10:16
Şuşadakı konfransda Çərkəz müharibəsi ilə bağlı diqqətçəkən açıqlama06.07.2026 - 09:59
Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər06.07.2026 - 09:51
Bir ayda 2100-dən çox vəkil üçün peşə hazırlığı təlimləri təşkil edilib06.07.2026 - 09:40
“Fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər müşahidə olunur” - Seysmoloq Ənvər Əliyev06.07.2026 - 09:03
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq06.07.2026 - 08:58
Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR06.07.2026 - 08:50
BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır06.07.2026 - 08:27
Azərbaycanın atçılıq irsi “National Geographic” sənədli serialında təqdim ediləcək06.07.2026 - 07:55
Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq06.07.2026 - 07:49
Şuşa beynəlxalq konfransa ev sahibliyi edir06.07.2026 - 07:42
Prezidentin köməkçisi Qəbələnin zəngin kulinariya irsindən bəhs edib06.07.2026 - 07:35
Milli musiqi alətlərinin standartlaşdırılmasında ilk addım: kamança üzrə standartlar təsdiqləndi06.07.2026 - 07:22
Hafiz Paşayev: "ADA artıq Diplomatik Akademiya çərçivəsini xeyli genişləndirib“06.07.2026 - 07:11
Milli Gənc Tamaşaçılar Teatrında “Pişiyin evi”nin hazırlıq prosesi başlayıb06.07.2026 - 07:05
Dövlət qulluğu imtahanından uğurla keçənlərə sertifikatların verilməsinə start verildi- FOTO06.07.2026 - 06:50
Abituriyentlərin gözlədiyi xəbər: II və III qrupların nəticələri iki həftədən sonra elan ediləcək- FOTO06.07.2026 - 06:40
ADNSU-da ilk dəfə Biotexnologiya ixtisası06.07.2026 - 06:28
Bu universitetin müəlliminə elmi ad verilib06.07.2026 - 06:00
Türkiyənin məşhur aktyoru vəfat etdi - FOTO06.07.2026 - 05:42
"Sosial şəbəkələr çox vaxt gənclərə mənfi təsir edə bilir"- Psixoloq Mələk Kərimova06.07.2026 - 05:07
Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTO01.07.2026 - 06:01
Tarixçilər BDU-nun tarixi ilə bağlı mühüm sənəd paylaşdılar30.06.2026 - 16:35
Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45