Təhsil 365 - Logo Mobile

Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib

11706.07.2026 - 10:27
    Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib

"Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"adlı konfrans çərçivəsində Şuşa şəhərində "Müasir kolonializm formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər" mövzusunda panel müzakirə keçirilib.

Bu barədə “Tehsil365” xəbər verir ki, Litvada Dünya Çərkəz Şurasının həmtəsisçisi və sədri Fatimat Kardanova-İanonene bu mühüm beynəlxalq platformanın yaradılmasına görə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkür edib.

O bildirib ki, bu konfransı böyük bir başlanğıc saymaq olar: "Azərbaycan Qafqazın yerli xalqlarının tarixi və milli yaddaşı mövzusunda beynəlxalq forumlara ev sahibliyi edə bilər. Çərkəzlər Azərbaycandan Rusiyanın təzyiqlərinə məruz qalan çərkəz dilinin və mədəniyyətinin qorunmasında dəstək gözləyir".

F.İanonene qeyd edib ki, Azərbaycan Qafqazın yerli xalqlarının tarixi və milli yaddaşına həsr olunmuş beynəlxalq forumların keçirilməsi üçün platformaya çevrilə bilər. Çərkəzlər Rusiya tərəfindən təzyiqlərə məruz qalan çərkəz dilinin və mədəniyyətinin qorunmasında Azərbaycandan dəstək gözləyirlər".

Türkiyənin "Çərkəz Agentliyi" ictimai hərəkatının üzvü Anjelika Toktamış-Ceyişakar vurğulayıb ki, ağır tarixi faciələr yaşamış xalqların gələcəyinin müzakirə edilməsi xüsusi əhəmiyyət kəsb edir:

"Çərkəz icmalarının hədəfi münaqişə deyil. Hədəf ədalət, əməkdaşlıq, iqtisadi rifah, xalqlar arasında davamlı sülhdür. Keçmişimizi unutmadan gələcəyə güvənlə baxmaq istəyirik".

"Azad Saxa" hərəkatının lideri Raisa Zubareva videobağlantı vasitəsilə çıxış edərək bildirib ki, hərəkat nifrətin yox, 400 illik ayrı-seçkilik və təzyiqin nəticəsi olaraq yaranıb:

"Saxa torpaqları dünyanın ən zəngin bölgələrindən biridir. Almaz, qızıl, neft, təbii qaz, kömür, nadir torpaq metalları və bir çox digər təbii sərvətlər böyük gəlirlər gətirir. Ancaq qərarlar Moskvada qəbul edilir. Məhz orada sərvət hasilatını, gəlirlərin bölüşdürülməsini, vergi siyasətini və strateji prioritetləri tənzimləyən qaydalar müəyyən edilir. Bu gün Saxa Respublikası faktiki olaraq öz iqtisadi gələcəyi üzərində nəzarəti olmayan xammal müstəmləkəsinə çevrilib. Nəticədə təəccüblü bir paradoks ortaya çıxıb: təbii sərvətlər baxımından dünyanın ən zəngin bölgələrindən biri ciddi sosial və infrastruktur problemləri içərisində boğulur".

R.Zubareva onu da qeyd edib ki, saxalılar ayrı-seçkiliyə məruz qoyulur, etnik mənsubiyyətlərinə görə aşağılanır: "Dilimiz ictimai həyatın bir çox sahələrindən sıxışdırılıb, rəsmi olaraq Saxa Respublikası daxilində dövlət dili statusuna malik olsa da, təhsil, dövlət idarəçiliyi və informasiya məkanında tədricən rus dili ilə əvəz olunur".

Polşadan videobağlantı vasitəsilə qoşulan "Buriyad Gürün" ("Buryat Hökuməti") hərəkatının yaradıcısı Zurtan Xaltarov vurğulayıb ki, buryatlar Sibirin müstəmləkəyə çevrilmiş ən böyük yerli xalqıdır:

"Biz Yeniseydən Amur çayına qədər uzanan torpaqlarda yaşayırıq. Əsasən mədəni və folklor fəaliyyətlərinə diqqət yetirən, tarixi yaddaş və kollektiv hüquqlarla bağlı vahid siyasi gündəm formalaşdıra bilməyən bəzi saxta milli buryat təşkilatlarından fərqli olaraq, müasir çərkəz hərəkatı daha yüksək beynəlxalq səfərbərlik səviyyəsi nümayiş etdirir. Son onilliklərdə çərkəz təşkilatları diasporlarını uğurla birləşdirib və çərkəz soyqırımının tanınması məsələsini milli kimliklərinin və siyasi proqramlarının mərkəzi elementinə çevirib".

Z.Xaltarov Rusiyada buryatların fundamental hüquq və azadlıqlarına məhəl qoyulmadığını da bildirib:

"Müasir Azərbaycanın təcrübəsi buryat milli hərəkatı üçün xüsusi maraq doğurur. Azərbaycan tarixi yaddaşın qorunmasının, milli kimliyin gücləndirilməsinin və dövlətin səmərəli fəaliyyətinin təşkilinin bir-biri ilə əlaqəli proseslər olduğunu nümayiş etdirib. Azərbaycan mədəniyyətin, dilin və tarixi yaddaşın millətin strateji resursları kimi qəbul edildiyi davamlı dövlət inkişafı modeli yaradıb. Buryat xalqı üçün bu təcrübə göstərir ki, mədəni dirçəliş və institusional özünütəsdiq modernləşmə ilə ziddiyyət təşkil etmir, əksinə, onlar qlobal siyasi və iqtisadi dəyişikliklər fonunda milli kimliyin qorunmasını təmin edərək onun təməlinə çevrilə bilər".

Amin Cavayev

Xəbər Lenti

Müxalif “Ermənistan” blokundan yeni qərar06.07.2026 - 10:22
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib06.07.2026 - 10:16
Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər06.07.2026 - 10:08
Şuşadakı konfransda Çərkəz müharibəsi ilə bağlı diqqətçəkən açıqlama06.07.2026 - 09:59
Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər06.07.2026 - 09:51
Bir ayda 2100-dən çox vəkil üçün peşə hazırlığı təlimləri təşkil edilib06.07.2026 - 09:40
“Fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər müşahidə olunur” - Seysmoloq Ənvər Əliyev06.07.2026 - 09:03
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq06.07.2026 - 08:58
Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR06.07.2026 - 08:50
BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır06.07.2026 - 08:27
Azərbaycanın atçılıq irsi “National Geographic” sənədli serialında təqdim ediləcək06.07.2026 - 07:55
Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq06.07.2026 - 07:49
Şuşa beynəlxalq konfransa ev sahibliyi edir06.07.2026 - 07:42
Prezidentin köməkçisi Qəbələnin zəngin kulinariya irsindən bəhs edib06.07.2026 - 07:35
Milli musiqi alətlərinin standartlaşdırılmasında ilk addım: kamança üzrə standartlar təsdiqləndi06.07.2026 - 07:22
Hafiz Paşayev: "ADA artıq Diplomatik Akademiya çərçivəsini xeyli genişləndirib“06.07.2026 - 07:11
Milli Gənc Tamaşaçılar Teatrında “Pişiyin evi”nin hazırlıq prosesi başlayıb06.07.2026 - 07:05
Dövlət qulluğu imtahanından uğurla keçənlərə sertifikatların verilməsinə start verildi- FOTO06.07.2026 - 06:50
Abituriyentlərin gözlədiyi xəbər: II və III qrupların nəticələri iki həftədən sonra elan ediləcək- FOTO06.07.2026 - 06:40
ADNSU-da ilk dəfə Biotexnologiya ixtisası06.07.2026 - 06:28
Bu universitetin müəlliminə elmi ad verilib06.07.2026 - 06:00
Türkiyənin məşhur aktyoru vəfat etdi - FOTO06.07.2026 - 05:42
"Sosial şəbəkələr çox vaxt gənclərə mənfi təsir edə bilir"- Psixoloq Mələk Kərimova06.07.2026 - 05:07
Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTO01.07.2026 - 06:01
Tarixçilər BDU-nun tarixi ilə bağlı mühüm sənəd paylaşdılar30.06.2026 - 16:35
Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45