Təhsil 365 - Logo Mobile

Abituriyentlərə xəbərdarlıq: Seçim edərkən bunları mütləq nəzərə alın!

15306.07.2026 - 17:19
Abituriyentlərə xəbərdarlıq: Seçim edərkən bunları mütləq nəzərə alın!

“Gənclər üçün istədikləri ixtisasa yiyələnmək bir xəyala çevrilib. Azərbaycanın mövcud təhsil modeli, xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarının strukturu elə cürdür ki, heç kəs gələcək peşə karyerasına uyğun olaraq sərbəst ixtisas seçə bilmir. Çünki bu seçim birbaşa gənclərin öz əlində deyil".

Bu fikirləri “Tehsil365”ə açıqlamasında Məzahir Məmmədli deyib.

Mütəxəssis bildirib ki, hazırkı sistemdə gənclərin topladığı ballar onların arzularından daha öndə dayanır.

"Məsələn, mən hüquqşünas olmaq istəyirəmsə, üçüncü qrupun şərtlərinə görə topladığım bala baxılır. Lazımi balı yığa bilmirəmsə, hüquqşünas ola bilmirəm; məcburən gedib tarix və ya ədəbiyyat müəllimi oluram. Eyni şəkildə, həkim olmaq arzusunda olan bir gəncin bu istəyi onun həvəsindən və ya iradəsindən deyil, beşinci qrup üzrə topladığı baldan asılı olur. Nəticədə, çox yaxşı həkim ola biləcək bir insan, sırf ixtisas koduna görə gedib kimya-biologiya müəllimi olur".

Onun sözlərinə görə, bu vəziyyət gənclərin gələcək planlarına mənfi təsir göstərir.

"Azərbaycanda həm əmək bazarını, həm də gələcək karyeranı sərbəst şəkildə düşünmək gənclər üçün bir xəyala çevrilib. Çünki onlar arzuladıqları, istədikləri ixtisasa gedib düşə və ona tam yiyələnə bilmirlər. Bu səbəbdən gənclərə tövsiyəm odur ki, bugünkü əmək bazarının tələblərini mütləq nəzərə alsınlar.

Gələcək peşənin perspektivlərini düşünmək, məşğulluq imkanlarını araşdırmaq və bazardakı tələbatı öyrənmək olduqca vacibdir".

Məzahir Məmmədli vurğulayıb ki, gənclər öz gələcək talelərini müəyyən edəcək qruplarda daha fəal olmalı və məqsədlərinə çatmaq üçün çalışqanlıqlarını artırmalıdırlar.

"Əgər hər hansı bir ixtisası ürəkdən arzulayırlarsa, gənclər çalışqanlıqlarını artırmalı və həmin ixtisasa uyğun keçid balını toplamaq üçün əllərindən gələni etməlidirlər. Əks halda, qeyd etdiyim kimi, o qrup üzrə təqdim olunan 15 ixtisasdan birini (təsadüfi olaraq) seçmək məcburiyyətində qalacaqlar. Ona görə də əsas hədəf əmək bazarının tələbini nəzərə almaq və gələcəkdə yeni perspektivlər açacaq müasir ixtisaslara yönəlməkdir".

"Qeyd etmək lazımdır ki, gənclər xüsusilə sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan aldadıcı vədlərə qarşı diqqətli olmalıdırlar. Bu gün TikTok, Facebook və digər platformalarda “bizə gəlin, sizi az balla ali məktəbə qəbul elətdirəcəyik” və ya “attestatla xaricdə təhsil imkanı yaradacağıq” kimi kütləvi çağırışlar edən şəxslər var. Gəncləri bu cür fırıldaqçıların toruna düşməməyə çağırıram. Hesab edirəm ki, bu tipli hay-küylü və əsassız çağırışlardan tamamilə uzaq durmaq lazımdır.” - deyə Məzahir Məmmədli qeyd edib.

Ayşən Cəlilova

Xəbər Lenti

Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib06.07.2026 - 10:27
Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər06.07.2026 - 10:08
Şuşadakı konfransda Çərkəz müharibəsi ilə bağlı diqqətçəkən açıqlama06.07.2026 - 09:59
Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər06.07.2026 - 09:51
Bir ayda 2100-dən çox vəkil üçün peşə hazırlığı təlimləri təşkil edilib06.07.2026 - 09:40
“Fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər müşahidə olunur” - Seysmoloq Ənvər Əliyev06.07.2026 - 09:03
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq06.07.2026 - 08:58
Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR06.07.2026 - 08:50
BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır06.07.2026 - 08:27
Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq06.07.2026 - 07:49
Şuşa beynəlxalq konfransa ev sahibliyi edir06.07.2026 - 07:42
Prezidentin köməkçisi Qəbələnin zəngin kulinariya irsindən bəhs edib06.07.2026 - 07:35
Milli musiqi alətlərinin standartlaşdırılmasında ilk addım: kamança üzrə standartlar təsdiqləndi06.07.2026 - 07:22
Hafiz Paşayev: "ADA artıq Diplomatik Akademiya çərçivəsini xeyli genişləndirib“06.07.2026 - 07:11
Milli Gənc Tamaşaçılar Teatrında “Pişiyin evi”nin hazırlıq prosesi başlayıb06.07.2026 - 07:05
Dövlət qulluğu imtahanından uğurla keçənlərə sertifikatların verilməsinə start verildi- FOTO06.07.2026 - 06:50
Abituriyentlərin gözlədiyi xəbər: II və III qrupların nəticələri iki həftədən sonra elan ediləcək- FOTO06.07.2026 - 06:40
ADNSU-da ilk dəfə Biotexnologiya ixtisası06.07.2026 - 06:28
Bu universitetin müəlliminə elmi ad verilib06.07.2026 - 06:00
Türkiyənin məşhur aktyoru vəfat etdi - FOTO06.07.2026 - 05:42
"Sosial şəbəkələr çox vaxt gənclərə mənfi təsir edə bilir"- Psixoloq Mələk Kərimova06.07.2026 - 05:07
Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTO01.07.2026 - 06:01
Tarixçilər BDU-nun tarixi ilə bağlı mühüm sənəd paylaşdılar30.06.2026 - 16:35
Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28