Təhsil 365 - Logo Mobile

Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi-FOTOLAR

13607.07.2026 - 08:12
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi-FOTOLAR

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı ildə Qax rayonunda “Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq” mövzusunda forum keçirilib.

“Tehsil365"əAzərbaycan Gənc Müəllimlər Assosiasiyasına istinadən xəbər verir ki, bu forum ölkəmizin müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirib.

Bunun əsas məqsədi isə müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə verməkdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov və Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov “Təhsildə süni intellekt həlləri”, Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və “Valideyn məktəbi” layihəsinin rəhbəri Turab Əhmədov “XXI əsrdə məktəb-valideyn əməkdaşlığı” , Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini Səltənət Qurbanova “Uşaq hüquqları və təhlükəsizliyi”, Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru Validə Məmmədli isə “Universal Öyrənmə Dizaynı” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Buta” rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin İpək qızlar” kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Afin Mahmudov

Xəbər Lenti

BSU tələbəsi Çexiyada beynəlxalq yay məktəbində iştirak edib22.08.2026 - 10:00
BMU əməkdaşının elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub22.08.2026 - 09:50
Dövlət bağçalarında yer tapmaq niyə çətinləşib? - Ekspertdən açıqlama22.08.2026 - 09:40
Bu ölkədə uşaqlar itlərə kitab oxuyur22.08.2026 - 09:30
Ali təhsildən peşə təhsilinə keçid: Gənclərin seçimi dəyişir22.08.2026 - 09:20
XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı Türkiyədə başa çatıb22.08.2026 - 09:10
Sabaha olan hava proqnozu22.08.2026 - 09:00
16 yaşlı şagird Günəş işığından istifadə etməklə havadan su əldə etdi22.08.2026 - 08:50
Azərbaycan jurnalistləri Özbəkistanda “Sea Breeze Uzbekistan” layihəsini ziyarət ediblər22.08.2026 - 08:40
Əcəmi Naxçıvani haqqında bədii-sənədli filmin çəkilişləri yekunlaşıb22.08.2026 - 08:30
Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda22.08.2026 - 08:20
Əməkdar jurnalist vəfat edib22.08.2026 - 08:10
Xəzərdə zəlzələ olub22.08.2026 - 08:00
Azərbaycanlı musiqiçilər Balıkesirdə möhtəşəm konsert proqramı təqdim ediblər22.08.2026 - 07:50
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsi təqdim olunub22.08.2026 - 07:40
“DokuBaku” festivalında Meksika filmi də təqdim ediləcək22.08.2026 - 07:30
Ərzurumda Türk dünyasının aşıq sənətinə həsr olunan tədbir keçirilib22.08.2026 - 07:20
Valideynlərə XƏBƏRDARLIQ: Onların satış məntəqələrinə yönləndirilməsi yolverilməzdir22.08.2026 - 07:10
“Axıska türklərinə həsr olunan sərgi Azərbaycan və Türkiyənin həssas münasibətini göstərir” - Birol Akgün22.08.2026 - 07:00
“Bir yay, min xatirə” düşərgəsində yeni layihələr həyata keçirilir22.08.2026 - 06:50
Zamanın ölçülməsində YENİ KƏŞF – Dəqiqlik 10 dəfə artırılıb22.08.2026 - 06:40
Tibb kolleclərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Keçid balları dəyişdi22.08.2026 - 06:30
Bu günə olan hava proqnozu22.08.2026 - 06:20
Müəllimlərin DİQQƏTİNƏ: MİQ üzrə müsahibə tarixləri açıqlanıb22.08.2026 - 06:10
Günəşdə güclü partlayış 22.08.2026 - 06:00
Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26
MİQ üzrə müsahibə tarixləri açıqlanıb21.08.2026 - 15:44
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI21.08.2026 - 15:11
Bağlanan universitetin tələbələri ilə bağlı AÇIQLAMA21.08.2026 - 14:57
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir21.08.2026 - 14:54
“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama21.08.2026 - 11:00
AzTU tələbələrindən ABŞ-də böyük uğur - 6 medal və xüsusi mükafat21.08.2026 - 10:55
“Axıska türklərinin taleyi ağır deportasiya faciələrindən biridir” – Birol Akgün21.08.2026 - 10:50
Yeni tədris ili: Məktəbli formaları ilə bağlı valideynlərə MÜRACİƏT21.08.2026 - 10:45
Kəlbəcərin Dəvəgözü yataqlarında beynəlxalq tədqiqat21.08.2026 - 10:40
BDU-da 220 yerlik “Tələbə evi” istifadəyə verilib21.08.2026 - 10:35
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi işıq üzü görüb21.08.2026 - 10:30
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ – Elektron sənəd qəbulu uzadıldı21.08.2026 - 10:25
Bakıda Ahıska türklərinə həsr olunan “İtmiş sürgünün izində” sərgisi açılıb21.08.2026 - 10:20
BDU-nun həmtəşkilatçılığı ilə Qubada yay düşərgəsi təşkil olunub21.08.2026 - 10:15
MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək21.08.2026 - 10:10
Məktəb direktoru olmaq istəyənlərə diqqət – Əsas şərtlər21.08.2026 - 10:00
Müəllimlərə ağ xalat tələbi – Yeni QAYDA21.08.2026 - 09:50
Uşaqlar sosial şəbəkələrdən nə qədər istifadə edir? – Sorğu nəticələri21.08.2026 - 09:40
İlham Əliyev Füzulidə Özbəkistanın inşa etdiyi məktəbdən danışdı21.08.2026 - 09:30
Özbəkistanda 176 azərbaycanlı təhsil alıb21.08.2026 - 09:20
Gələn il ən isti il ola bilər21.08.2026 - 09:10
Müsabiqədə elektron sənəd qəbulu müddəti uzadıldı21.08.2026 - 09:00