Təhsil 365 - Logo Mobile

“Çox vaxt düşünürük ki, qış keçdi, artıq xəstəlikdən qurtulduq” - Həkim Elşən Tağıyev

14807.07.2026 - 09:03
“Çox vaxt düşünürük ki, qış keçdi, artıq xəstəlikdən qurtulduq” - Həkim Elşən Tağıyev

“Çox vaxt düşünürük ki, qış keçdi, artıq xəstəlikdən qurtulduq. Amma həqiqət tamam fərqlidir. Yay aylarında da uşaqlarda öskürək, burun axması, hətta qrip əlamətləri tez-tez müşahidə olunur”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında həkim Elşən Tağıyev bildirib.

Həkim bildirib ki, yay aylarında bu cür xəstəliyin ən böyük günahkarı kondisionerdir.

“Yayın ən populyar “düşməni” kondisionerdir. Problem cihazın özündə yox, ondan düzgün istifadə edilməməsindədir. Otağın həddindən artıq soyudulması, kondisionerin birbaşa uşağa yönəldilməsi və küçə ilə otaq arasındakı kəskin temperatur fərqi - bunların hər biri üst tənəffüs yollarının selikli qişasını qıcıqlandırır və orqanizmin müdafiəsini zəiflədir. Soyuq və quru hava bronxlar üçün ciddi stress mənbəyidir”.

Onun sözlərinə görə, digər səbəblərdən biri də yay viruslarıdır.

“Əsas səbəblərdən biri də yay viruslarıdır. Çoxları bilmir ki, rhinovirus, adenovirus və enteroviruslar il boyu aktiv olur. Xüsusilə enteroviruslar - məhz yay-payız aylarında pik aktivlik göstərir. Bu viruslar uşaq kollektivlərində, hovuzlarda, oyun meydançalarında çox sürətlə yayılır.

Həkim vurğulayıb ki, hovuz suyu və qulaq-burun bağlantısı, gecə yuxusunun pozulması, çox soyuq içkilər də müəyyən qədər xəstəliklərə səbəb olur.

“Hovuzda üzmək uşaqlar üçün böyük zövqdür, amma eyni zamanda risk mənbəyidir. Xlorlu su burun selikli qişasını qıcıqlandırır, qulaq kanalına dolur və orta otit ehtimalını artırır. Uzun müddət islanmış qalmaq isə ümumi bədən müqavimətini aşağı salır”.

“Yay günlərinin uzun olması, gec qaranlıq düşməsi, küçə səs-küyü - bunlar uşağın yuxu rejimini pozur. Yuxusuzluq isə immun sistemini zəiflədir. Qısa müddətdə belə yuxu çatışmazlığı sitokin istehsalını azaldır və infeksiyalara qarşı müqaviməti zəiflədir”.

“Dondurmalar, buzlu şirələr, soyuq içkilər - yayın ayrılmaz hissəsidir. Lakin həddindən artıq soyuq qida qırtlağın yerli müdafiəsini müvəqqəti olaraq zəiflədir. Bu, xüsusilə onsuz da atopik meylliyi olan uşaqlarda simptomların yaranmasını sürətləndirir”.

Nə etmək lazımdır?

Kondisioneri 22–24°C-də saxlayın, birbaşa hava axınından qaçın. Hovuzdan çıxandan dərhal paltar geydirin. Yuxu rejiminə yay aylarında da riayət edin. Və ən əsası - ilk simptomda uşaq həkiminə müraciət edin, özünüzü “keçər” ümidiylə aldatmayın.

Amin Cavayev

Xəbər Lenti

Azərbaycanda attestat alanların sayı ilə bağlı diqqətçəkən STATİSTİKA29.08.2026 - 05:58
İTV 21 yaşını qeyd edir29.08.2026 - 05:51
Pedaqoji Universitetdə 14 ixtisas üzrə DS keçid balı 500-ün üzərindədir29.08.2026 - 05:44
ADNSU SABAH qruplarının növbəti beynəlxalq uğuru29.08.2026 - 05:35
ADNSU-da birinci kurs tələbələri üçün təhsil haqqının hissə-hissə ödənilməsi imkanı yaradılıb29.08.2026 - 05:25
350-dən çox məktəb bağlanıb - STATİSTİKA29.08.2026 - 05:16
Bu günün hava PROQNOZU29.08.2026 - 05:08
Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür29.08.2026 - 05:00
“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb29.08.2026 - 04:51
Azərbaycan Tibb Universiteti bütün əməkdaşlarına xəbərdarlıq edir!29.08.2026 - 04:42
ATU komandası “2026- Enactus Azərbaycan Milli Yarışı”nın final mərhələsində iştirak edir29.08.2026 - 04:34
Ali təhsil müəssisələrinə qəbul olunanların my.gov.az portalı üzərindən qeydiyyatı başlayır29.08.2026 - 04:25
RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub29.08.2026 - 04:17
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”29.08.2026 - 04:09
BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır29.08.2026 - 04:02
AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib28.08.2026 - 16:41
Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub28.08.2026 - 16:38
BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb28.08.2026 - 16:36
Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib28.08.2026 - 16:34
NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım28.08.2026 - 16:32
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb28.08.2026 - 16:22
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub28.08.2026 - 16:19
Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı28.08.2026 - 16:18
UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək28.08.2026 - 16:15
BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb28.08.2026 - 16:00
ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub28.08.2026 - 15:58
Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb28.08.2026 - 15:57
AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal28.08.2026 - 15:54
AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub28.08.2026 - 15:49
ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib28.08.2026 - 15:44
Daxili müsahibə elan edilir28.08.2026 - 15:23
Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib28.08.2026 - 15:12
Tələbə adını qazananlar bu gün qeydiyyatdan keçməlidir28.08.2026 - 05:58
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb28.08.2026 - 05:42
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)28.08.2026 - 05:35
Sosial iş ixtisası üzrə universitetlər arasında 250 BALLIQ FƏRQ28.08.2026 - 05:29
Tanınmış aparıcı tələbə oldu28.08.2026 - 05:21
Günün havası - 35 dərəcə isti, külək...28.08.2026 - 05:13
Kompüter mühəndisliyində keçid balları belə dəyişdi 28.08.2026 - 05:02
Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb28.08.2026 - 04:52
Bu ilin ikinci Ay tutulması başlayıb28.08.2026 - 04:41
BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub28.08.2026 - 04:32
“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib28.08.2026 - 04:24
ADNSU-da Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş kitab sərgisi təşkil olunub28.08.2026 - 04:17
Sumqayıt Dövlət Universitetinə qəbul olunanların nəzərinə!28.08.2026 - 04:09
ATU-nu bir gimnaziyadan 21 şagird seçdi: 11 “A” sinfindən 13 məzun28.08.2026 - 04:02
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında müsbətə doğru böyük fərq var"27.08.2026 - 18:50
500-dən yuxarı bal toplayan 100-dən çox abituriyent kənarda qaldı27.08.2026 - 16:06