Bu ilin yanvar-iyun aylarında 38 kosmetologiya (o cümlədən estetik prosedurlar) sahəsi üzrə qanunsuz fəaliyyət faktı müəyyən edilib.
Bu barədə “Tehsil365”ə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, aşkarlanan bütün hallar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq aidiyyəti orqanlara icraata göndərilib.
Həmçinin sözügedən dövrdə aparılan yoxlamalar nəticəsində 44 müəssisə və fiziki şəxs lisenziya olmadan tibbi fəaliyyət göstərdiyi halda aşkarlanıb.

