Təhsil 365 - Logo Mobile

Azərbaycanda rəqəmsal köçəri vizası tətbiq oluna bilər

11507.07.2026 - 09:42
 Azərbaycanda rəqəmsal köçəri vizası tətbiq oluna bilər

Azərbaycanda "Digital Nomad Visa" (rəqəmsal köçəri vizası) mexanizminin həyata keçirilməsi mümkündür.

“Tehsil365” xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Onun fikrincə, strateji məqsəd Azərbaycanın regionda qabaqcıl texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilməsidir: "Bu hədəf rəqəmsal suverenliyin gücləndirilməsi ilə bərabər, innovasiya ekosisteminin maliyyə sabitliyinin təmin olunmasını və rəqəmsal təhlükəsizliyin artırılmasını ehtiva edir. Məhz bu səbəbdən hazırda 30-a yaxın qanun və məcəlləyə düzəlişlərin edilməsi, həmçinin yeni qanunların qəbul olunması istiqamətində fəaliyyət həyata keçirilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının toplantısında da qanunvericilik bazasının möhkəmləndirilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi əsas prioritetlər olaraq təsbit edilib. İlk toplantıdan sonra qısa zaman ərzində bu sahədə əhəmiyyətli nailiyyətlərin qazanıldığını artıq görürük. Bu addımlar təsadüfi xarakter daşımır. Çünki qlobal rəqabət gündən-günə kəskinləşir. Hazırda rəqəmsal iqtisadiyyat dünya üzrə ümumi daxili məhsulun təqribən 17 %-ini təşkil edir. Bu sahədə iqtisadi inkişaf ənənəvi sektorlarla müqayisədə 2,5-3 dəfə daha yüksək sürətlə gedir".

R. Nəbiyev bildirib ki, bu gün dünyada 5 milyarddan artıq sosial şəbəkə istifadəçisi mövcuddur və hər gün yüzlərlə terabayt həcmində yeni məlumat yaranır: "Belə bir vəziyyətdə əmək bazarı da sürətlə transformasiyaya uğrayır. Proqnozlara əsasən, 2030-cu ilə qədər iş yerlərinin təxminən 40 %-i rəqəmsal vərdişlər tələb edəcək. Bunun nəticəsi olaraq inzibati xərclərin 30 %-dən çox azalması, vaxta isə 90 %-ə qədər qənaət edilməsi proqnozlaşdırılır".

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının ilk toplantısında müəyyənləşdirilən əsas prioritetlər arasında qabaqcıl texnologiya ekosisteminə inteqrasiya, beynəlxalq investorlar üçün rəqabətədavamlı innovasiya mühitinin yaradılması və digər strateji istiqamətlər də öz əksini tapıb:

"Bu hədəflərə çatmaq üçün xüsusilə İT mütəxəssislərinin və innovativ sahibkarların Azərbaycana cəlb olunması böyük önəm daşıyır. Dünyada bu istiqamətdə ciddi yarış mövcuddur. Bu kontekstdə "Digital Nomad Visa" - rəqəmsal köçəri vizası mexanizminin tətbiqi vacib bir addımdır. Eyni zamanda elektron diplom və attestatların beynəlxalq müstəvidə tanınmasının təmin edilməsi də prioritet məsələlər sırasındadır. Bundan əlavə, beynəlxalq texnologiya tərəfdaşlıqlarının genişləndirilməsi xüsusi önəm kəsb edir. Son aylarda həm Avropa İttifaqı, həm də ABŞ ilə texnologiya və innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi yönündə atılan addımlar Azərbaycanın bu sahədə beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verir".

Amin Cavayev

Xəbər Lenti

Yüksək texniki peşə təhsilinin təsnifatı yenilənib – yeni ixtisaslar əlavə olunub07.07.2026 - 13:46
Yeni ixtisaslar və plan yerlərində mümkün dəyişikliklər keçid ballarına necə təsir edəcək?07.07.2026 - 13:30
AzTU tələbələri yeni FPV dron layihəsi hazırlayıblar07.07.2026 - 13:24
42 illik müəllim sertifikatlaşdırma imtahanında 59 bal topladı07.07.2026 - 13:16
ADU-da IV Beynəlxalq Türk dili və ədəbiyyatlarının tədrisi konfransı keçiriləcək 07.07.2026 - 13:06
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əhatə dairəsi genişlənir07.07.2026 - 10:16
Ümumi təhsildə millilik və dünyəvilik dövlət siyasətinin əsas prinsipləri sırasına əlavə olunur07.07.2026 - 10:08
Dövlət xəstəxanalarında dərman təminatı ilə bağlı problem var07.07.2026 - 09:59
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı07.07.2026 - 09:58
BDU-da xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir07.07.2026 - 09:52
Özbəkistan yenilənmiş latın əlifbasına keçir07.07.2026 - 09:49
Coğrafiya İnstitutunun əməkdaşları işğaldan azad edilmiş ərazilərdə tədqiqat aparırlar07.07.2026 - 09:45
Azərbaycanda “Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir – qeydiyyat başladı07.07.2026 - 09:35
Altı ayda 38 qanunsuz kosmetoloji xidmət müəyyən edilib07.07.2026 - 09:34
Təhsil işçilərinə ictimai nəqliyyatda yeni güzəşt tətbiq olunur07.07.2026 - 09:27
Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Türkiyə ədəbiyyatı” bölməsi oxucuların istifadəsinə verilib-FOTOLAR07.07.2026 - 09:26
Səhiyyə nazirinin yeni müavini müəyyənləşib07.07.2026 - 09:22
Sumqayıt Narkoloji Dispanserində qeydiyyatda olan xəstələrin sayı açıqlanıb07.07.2026 - 09:18
Abituriyentlərin diqqətinə: Qəbul balları ilə bağlı yeni proqnoz07.07.2026 - 09:10
Sabah ölkə ərazisində yağışlı hava gözlənilir07.07.2026 - 09:10
“Çox vaxt düşünürük ki, qış keçdi, artıq xəstəlikdən qurtulduq” - Həkim Elşən Tağıyev07.07.2026 - 09:03
Məktəblərdə geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti son oxunuşda qəbul edilib07.07.2026 - 08:44
Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi07.07.2026 - 08:19
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi-FOTOLAR07.07.2026 - 08:12
DSX Xüsusi Məktəbinin kursantlarının azad edilən ərazilərə ekskursiyası təşkil olunub-FOTOLAR07.07.2026 - 08:01
Bakı Slavyan Universitetində magistratura üzrə iki yeni ixtisaslasmaya qəbul elan olunub07.07.2026 - 07:13
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır07.07.2026 - 05:23
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib07.07.2026 - 05:10
"Süni intellektdən şagird də, müəllim də istifadə edə bilməlidir" - Təhsil eksperti Qoşqar Məhərrəmov07.07.2026 - 04:44
Alimlər: Videooyunlar yaddaşı müəyyən dərəcədə yaxşılaşdıra bilər07.07.2026 - 04:22
Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər07.07.2026 - 04:13
UNEC-in “Journal of Belt and Road Studies (JBRS)” elmi jurnalının ilk nömrəsi nəşr olunub07.07.2026 - 04:01
Abituriyentlərə xəbərdarlıq: Seçim edərkən bunları mütləq nəzərə alın!06.07.2026 - 17:19
Şuşada keçirilən konfransda qlobal problemlər və kolonializm mövzusu müzakirə edilib06.07.2026 - 10:27
Magistraturada jurnalistika ixtisasını seçmək istəyənlərə DİM-dən mühüm xəbər06.07.2026 - 10:08
Şuşadakı konfransda Çərkəz müharibəsi ilə bağlı diqqətçəkən açıqlama06.07.2026 - 09:59
Beynəlxalq konfransın iştirakçıları Şuşada birgə bəyannamə qəbul ediblər06.07.2026 - 09:51
Bir ayda 2100-dən çox vəkil üçün peşə hazırlığı təlimləri təşkil edilib06.07.2026 - 09:40
“Fəsillərin əvvəlində və sonunda ciddi dəyişikliklər müşahidə olunur” - Seysmoloq Ənvər Əliyev06.07.2026 - 09:03
Sabah bəzi yerlərdə hava yağıntılı olacaq06.07.2026 - 08:58
Milli Aviasiya Akademiyasında akademik Məcid Rəsulovun xatirəsi anılıb-FOTOLAR06.07.2026 - 08:50
BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır06.07.2026 - 08:27
Muxtar Babayevdən iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq06.07.2026 - 07:49
Şuşa beynəlxalq konfransa ev sahibliyi edir06.07.2026 - 07:42
Prezidentin köməkçisi Qəbələnin zəngin kulinariya irsindən bəhs edib06.07.2026 - 07:35
Milli musiqi alətlərinin standartlaşdırılmasında ilk addım: kamança üzrə standartlar təsdiqləndi06.07.2026 - 07:22
Hafiz Paşayev: "ADA artıq Diplomatik Akademiya çərçivəsini xeyli genişləndirib“06.07.2026 - 07:11