Yüksək texniki peşə təhsilinin təsnifatı yenilənib və bir sıra yeni perspektivli ixtisaslar əlavə edilib.
“Tehsil365” xəbər verir ki, ümumilikdə 28 yüksək texniki peşə ixtisası üzrə qəbul aparılır.
Bildirilib ki, bu ixtisaslara qəbul zamanı fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir. Qəbul yalnız buraxılış imtahanının nəticələri əsasında həyata keçirilir.
Qeyd olunub ki, məzunlar subbakalavr dərəcəsi əldə edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanı qazanırlar.
Yenilənmiş təsnifata Satış və marketinq, Satınalmaların təşkili, Rəqəmsal məzmun idarəçiliyi, İstehsalata rəqəmsal nəzarət sistemləri, Mexatronika, Rəqəmsal inşaat üzrə mütəxəssis, Geodeziya və kartoqrafiya, Tədbirlərin planlaşdırılması və təşkili kimi yeni ixtisaslar daxil edilib.
Bundan başqa, Kiber təhlükəsizlik, Kompüter sistemlərində proqramlaşdırma, Veb dizayn və proqram təminatı, Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Moda dizaynı, Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, Baytarlıq və heyvandarlıq işi və digər ixtisaslar üzrə də qəbul davam etdirilir.

