Direktorların işə qəbulu müsabiqəsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.
"Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsi davam edir. Namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor platforması vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Qeyd olunub ki, seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Həmçinin bildirilib ki, müsabiqənin nəticələri namizədlərin şəxsi kabinetlərində yerləşdiriləcək

