Bakı Avrasiya Universiteti professor-müəllim heyəti üçün müsabiqə elan edib
"Tehsil365" xəbər verir ki, Bakı Avrasiya Universiteti (BAAU) 2026/2027-ci tədris ili üçün kafedralarda professor-müəllim vəzifələrinin tutulması məqsədilə müsabiqəyə start verib.
Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə" və "Bakı Avrasiya Universitetində professor-müəllim vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq keçirilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan keçərək, tələb olunan anket məlumatlarını və sənədləri vacancies.baau.info saytı vasitəsilə təqdim edə bilərlər. Sənədlərin qəbulu 26 iyul 2026-cı il tarixinədək davam edəcək.

